Slayd və struktur rejimləri

Slayd rejimində (Slide View) təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil etmək olar.

Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından. Növbəti slaydƏvvəlki slayd düymələrindən, yaxud klaviaturada yerləşən Page DownPage Up düymələrindən istifadə etmək olar.

Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişin. Struktur rejimi Adi rejimə bənzəyir, lakin burada struktur sahəsinə çox, slayd sahəsinə isə az yer verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində yazılmış mətn yerləşir (şəkil 15).



(şəkil 15)


Burada yalnız slayd sxeminin obyekt sahələrində də yazılan mətn göstərilir.

Prezentasiyanı (nümayişi) bağlayın.

«« Slaydlara baxılma rejimi. Adi rejim    Slayd və struktur rejimləri    Slaydları nizamlama rejimi. Slaydın surətinin çıxarılması və yerinin dəyişdirilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database