Slaydın əlavə edilməsi və ləğv edilməsi

Təqdimata yeni slaydlar əlavə etmək, gərək olmayanları isə ləğv etmək olar. Bunları Nizamlama rejimində yerinə yetirmək məsləhətdir, çünki bu rejimdə edilən dəyişikliklərin təqdimatın ümumi görünüşünə nə kimi təsir göstərəcəyi daha aydın görünür.

5-ci slaydı seçin. Alətlər lövhəsindəki Kəsmək düyməsi ilə onu ləğv edin.

1-ci slaydı seçin. Shift düyməsini sıxın və onu buraxmadan 3-cü slaydın üzərində mausun düyməsini sıxın. 1,2 və 3-cü slaylar seçilir. Klaviaturanın Delete düyməsi ilə onları ləğv edin. Yerdə qalan slaydlar yenidən sıralanır.

Təqdimata yeni slayd daxil edin. 1-ci slaydı seçin. Yeni Slayd düyməsini sıxın. Yeni slayd (NewSlide) dialoq pəncərəsində Mətn və Şəkil (Text&ClipArt) sxemini seçin (sağ tərəfdən). OK düyməsini sıxın. 1-ci slaydın sağında yeni slayd yaranır. Bu slaydda Adi rejimdə, Slayd rejimində yaxud da Struktur rejimində yeni obyektlər yerləşdirmək olar.

Təqdimatı bağlayın.

Təqdimatın yadda saxlanması haqqında suala (Yes) cavabı verin.

«« Slaydları nizamlama rejimi. Slaydın surətinin çıxarılması və yerinin dəyişdirilməsi    Slaydın əlavə edilməsi və ləğv edilməsi    Tərtibat şablonları və rənglərin seçilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database