Tərtibat şablonları və rənglərin seçilməsi

Təqdimatın xarici görünüşünu dəyişmək üçün ən asan yol şablonu dəyişdirməkdir. Şablonun dəyişdirilməsi rəng sxemini - yəni təqdimatın elementlərinin və fonunun rəngini, bundan əlavə təqdimatın formasını; mətnin susmaya görə parametrlərini və sairi dəyişdirir.

firststeps.ppt təqdimatının şablonunu dəyişdirmək üçün onu açın.

Formatà Slayd dizaynı (Formatà Slide Design...) əmrini seçin.

Sağ tərəfdə açılan menyuda müxtəlif şablonlar təklif olunur. Onlara işarələrinin üzərində mausun düyməsini sıxmaqla bir-bir baxmaq olar. Şablonlardan birini, məsələn, Ocean.pot seçin. Tətbiq (Apply) düyməsini sıxın. Gördüyünüz kimi təqdimatın görünüşü dəyişdi (şəkil 17).



(şəkil 17)


Nizamlama rejiminə keçin. 4-cü və 5-ci slaydları seçin. Bu slaydların rəngini dəyişək.

Formatà Slaydın Rəni (Formatà Background) əmrini seçin. Rəng Sxemi (Background) pəncərəsi açılır (şəkil 18).



(şəkil 18)


Rəng sxemlərindən birini seçin. Baxış (Preview) düyməsini sıxın və yeni sxemin tətbiqinin seçilmiş slaydlara necə təsir etdiyinə baxın. Lazım gəldikdə Rəng Sxemi (ColorScheme) pəncərəsini kənara çəkə bilərsiniz.

Seçdiyiniz rəng sxemini bəyənirsinizsə Tətbiq( Apply) düyməsilə onu seçilmiş slaydlara tətbiq edin. Rəng sxemini təqdimatdakı slaydların hamısına tətbiq etmək üçün Hamısına Tətbiq (Apply to All) düyməsini sıxın.

«« Slaydın əlavə edilməsi və ləğv edilməsi    Tərtibat şablonları və rənglərin seçilməsi    Mətn obyekti »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database