Səhifənin parametrləri

Təqdimatın slaydları kağız yaxud şəffaf plyonka üzərində çap edilə bilər, HTML formatında qorunub saxlana bilər yaxud elektron slayd-film şəklində nümayiş etdirilə bilər.

Təqdimatın çapdan çıxarılmasının üstünlüyü ondan ibarətdir ki, onu kompüterdən asılı olmayaraq nümayiş etdirmək olar.

Təqdimatı çapa verməzdən əvvəl səhifənin parametrlərini nəzərdən keçirmək məsləhət görülür. PowerPoint-in səhifə üçün seçdiyi standart parametrləri adətən şəffaf plenka çap etmək üçün və elektron slayd film üçün yararlı hesab etmək olar.

Slaydın parametrlərini nəzərdən keçirmək üçün Faylà Səhifə Parametrləri (Fileà Page Setup) əmrini seçin. Açılan dialoq pəncərəsində Slaydın Ölçüsü (Slide Sized For) açılan siyahıdan standart ölçülərdən birini seçmək yaxud istədiyiniz ölçüləri : Eni (Width) və Hündürlüyü (Height) seçmək olar.

Təqdimat başqa bir təqdimatın ardı olarsa birinci slaydın sayını (Number Slides From) göstərməklə slaydların saylarını dəyişmək olar.

Slaydların, qeydlərin və strukturun çap edilməsi üçün səhifəni müxtəlif istiqamətlərdə istifadə etmək olar.

Adətən slaydların çapı üçün İstiqamət (Orientation) bölməsində Albom(Landscape), başqa sənədlər üçün isə Kitab (Portrait) istiqaməti seçilir.

OK düyməsini sıxın.

«« Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi    Səhifənin parametrləri    Slaydların, qeydlərin və strukturun çap edilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database