Assembler dili



Assembler dili digər proqramlaşdırma dillərinə bənzəmir və tamamilə fərqli bir dildir. Assembler dilinin 2-ci nəsil dil olması və 3-cü nəsil dillərin Assembler üzərində inkişaf etdirilməsi qətiyyən o demək deyil ki, Assembler dili artıq köhnədir və o, istifadə olunmur.
Assembler dili hal-hazırda çox böyük çəkiyə malikdir və onsuz müasir proqramlaşdırmanı təsəvvür eləmək kompüteri prosessorsuz təsəvvür eləmək kimi bir şeydir. Misal üçün, ancaq Assembler dilində yazilmış proqram ilə prosessorun xarici və daxili siqnallara cavab reaksiyasını (kəsilmələri) idarə etmək mümkündür. Ancaq Assembler dilində yazılmış proqram ilə yaddaşa müraciət rejimlərini idarə etmək mümkündür. Assembler hal-hazırda ancaq sistem proqramlaşdırmada istifadə olunur.
Assembler dili mnemonik olsa da, dövrünün başlıca kompüter istifadəçiləri olan alimləri qane etmədi. Çünki maşın koduna yaxın olduğuna görə, onu öyrənmək çətindir.
Bundan başqa, hər prosessorun öz Assembleri olur və deməli, bir neçə maşınla işləyən şəxs bəzən "bir neçə ayrı-ayrı Assembler dilini" bilməlidir.
Nəhayət, Assembler dilində proqramlaşdırmaq üçün bütün prosesi ən kiçik detallarınadək təsəvvür etmək, mürəkkəb düsturları ayrı-ayrı əməllərin ardıcıllıgı şəklində göstərmək lazımdır.

«« Proqramlaşdırma dillərinin səviyyələri    Assembler dili    COBOL dili »»
Share


Muəllif: Dürdanə Abdullayeva


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database