Proqramın başlığı və modullar siyahısı bloku

Proqramın başlığı ümumi şəkildə aşağıdakı şəkildə yazıla bilər.
program proqramın adı;

Mənaca bir-birinə yaxın olan prosedur və funksiyalar ayrı-ayrı modullarda cəmlənmişdir. Belə modullara misal olaraq, System, Strinqs, Winapi, Wincrt, Winprn modullarını göstərmək olar.
Tərtib olunan proqramda System modulundan başqa, bu modulların hansınasa daxil olan prosedur və funksiyalardan istifadə olunarsa, həmin modulun adı "Modullar siyahısı bloku"unda elan olunmalıdır.
Məsələn, User Wincrt, Strinqs
Əgər proqramda yalnız System moduluna daxil olan prosedur və funksiyalardan istifadə olunursa, belə halda proqrama User bloku daxil edilməyə bilır.
System moduluna əksər proqramlar üçün ən zəruri vasitələr cəmlənmişdir. Bu bloka verilənlərin fayllara daxil və xaric etmə prosedurları, triqonometrik və loqorifmik funksiyalar, kvadrata yüksəltmə, kökalma əməliyyatları, sətirlərin və faylların emalı funksiyaları daxildir.
Bu blokda proqramda istifadə olunan dəyişənlərin, sabitlərin siyahıları və tipləri, nişanların siyahıları elan olunur.
Nişanların təsvirinin ümümi yazılışı:
Label <nişanların siyahısı>;

Konstantlar sadə və tipləşdirilmiş konstantlara ayrılır.
Sadə konstantların təsviri:
Const
A =100

Tipləşdirilmiş konstantların təsviri:
Const
A:integer=100;
Max:real=6.8; Min:real=-42.0

«« İfadələr    Proqramın başlığı və modullar siyahısı bloku    Dəyişənlərin təsviri »»
Share


Muəllif: Dürdanə Abdullayeva


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database