Proqramın yerinə yetirilməsi

Proqramda mövcud olan sintaksis səhvlər aradan qaldırıldıqdan sonra, son nəticələr almaq üçün proqramı icra etmək lazımdır. Bunun üçün Run menyusundan Run əmrini icra etmək və ya Crtl+F9 klavişini basmaq lazımdır.
Bu zaman ekrana istifadəçi pəncərəsi adlanan yeni pəncərə çıxacaqdır. Bu pəncərədə proqram dəyişənlərinə ilkin qiymətlər daxil edilir və nəticələr alınır.
Proqramın icrası başa çatdıqdan dərhal sonra, kompilyatora qayıdış baş verir, inteqrallaşdırılmış mühit ekrana qayıdır və istifadəçi pəncərəsinin üstünü örtür.
Alınmış nəticələri təkrarən görmək və ya onları təhlil etmək üçün istifadəçi pəncərəsini yenidən ekranda göstərmək lazımdır.
Kompilyatoru ekrandan müvəqqəti olaraq götürmək üçün Debug (sazlamaq) menyusundan User Screen (istifadəçi pəncərəsi) əmrini icra etmək və ya Alt+F5 klavişlərini basmaq lazımdır.
Tərtib olunmuş proqram vasitəsilə də istifadəçi pəncərəsini ekranda göstərmək olar. Bunun üçün proqramda sonuncu sətirdən əvvəlki sətirdə, yəni end operatorundan əvvəl, readln prosedurunu yazmaq lazımdır.
Bu zaman kompilyator proqrama ilkin verilənin daxil ediləcəyini gözləyir, lakin readln prosedurunda heç bir dəyişən yazılmadığı üçün, proqrama heç bir qiymət daxil edilməyəcək və Enter klavişi basılana qədər istifadəçi pəncərəsi bağlanmayacaqdır.

Proqramın yerinə yetirilməsi zamanı da kompilyator tərəfindən səhvlər aşkar edilə bilər. Belə səhvlər semantik xarakterli olur. Bu səhvlərə "yerinə yetirilmə vaxtının səhvləri" deyilir. Kompilyator səhvlər haqqında aşağıdakı məlumatı verir.
Run-time error errnum at seqment:offset errnum - səhvin kodu, seqment:offset- səhvin baş verdiyi yaddaşın ünvanıdır.

«« Proqramın sazlanması    Proqramın yerinə yetirilməsi    Proqramın kompilyasiyası »»
Share


Muəllif: Dürdanə Abdullayeva


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database