Yükləmə

Sistem tələbatları

SQL Serveri yükləmək üçün sizə Pentium və ya daha yaxşı kompüter, Windows NT Server/Workstation Service Pack 4 və ya daha yüksək, Windows 95/98 (Yalnız Desktop Edition). Internet Explorer 4.0-SP1 və yüksək olması vacibdir (məndə IE6.0 və hər şey OK). Minimum 32Mb yaddaş (mən 64 və daha yüksək məsləhət görərdim, və ya nə qədər yüksək olsa bir o qədər yaxşıdır). Səciyyəvi yükləmə hardasa 170Mb diskdə yer tutur. Microsoft SQL-i NTFS olan diskə yükləməyi məsləhət görür və bu cür maksimal müdafiəni təmin etmək olur.

Diqqət!
Burda və bundan sonra mən nəzərdə tutacağam ki sizdə Windows NT ServerSQL Server Stabdart Edition yüklənib. Bəzi imkanlar SQL Server Desktop Edition-da mümkün deyil.

SQL Serverin dəqiq yüklənməsi üçün növbəti addımları yerinə yetirmək lazımdır:

  • Lisenziya sxemi (Licensing mode) - İki üsul təqdim olunur: Per Server və Per Seat. Birincisi server tərəfdən realizə olunmuş qoşulmaların sayını məhdudlaşdırır. İkincisi - Client Access License müştərisində yüklənmiş - sonsuz sayda qoşulmaları təyin edir. Seçim əsasən firmada təyin olunmuş praktikadan aslı olur. Lakin sizin qaydalarda mən (müəllif) sizə Per Seat üsulunu məsləhət gürərdim - Kim bilir mən eyni vaxtda neçə qoşulma xoda salacağam.
  • Yükləmək üçün yol (Installation path) - Susmaya görə \MSSQL təqdim olunur, digər yolu da təuin etmək olar. Uzun və "8.3" formatlı adlardan istifadə etmək məsləhət görülmür, belə ki bəzi SQL əmrləri qovluqların daxilindəki məsafələri (space) qəbul etmirlər.

        Diqqət! Uğurlu yüklənmək üçün verilmiş ünvandan asli olmayaraq təqribi 72Mb sistem diskində yer tələb olunur.

  • Simvol yığımı (Character set) - Susmaya görə 1252 (ANSI) cədvəli seçilir. Digər qurumları da susmaya görə qoymağı məsləhət görürəm. Çox hallarda onlar gedir. Verilənlər Bazasında internasional verilənləri işlətmək üçün UNICODE istifadə etmək yaxşıdır.
  • Şəbəkənin dəstəklənməsi (Network support) - Müştərilərin server ilə əlaqə növünü seçmək lazımdır. SQL Server müştərilərin server ilə əlaqəsi üçün nüvbəti üsulları saxlayır:

    Adı
    Yazılışı
    Adlanmış kanallar (named pipes) Susmaya gürə yüklənir. Müştərilərin Microsoft transportun dəstəklədiyi istənilən bir kanal vastəsi ilə qoşulmasına icazə verir.
    TCP/IP Soketlər (sockets) Susmaya gürə yüklənir. TCP/IP -dən standart Windows Sockets ilə əlaqədə olur.
    Multiprotocol Susmaya gürə yüklənir. (RPC) Windows proseduralarının uzaqdan çağırılmasını istifadə edir.
    NWLink IPX/SPX Netware şəbəkəsi üçün Novell IPX/SPX protokolunu istifadə edir.
    AppleTalk ADSP Macintosh müştərilərinə SQL Server ilə əlaqə saxlamağa icazə verir.
    Banyan VINES Şəbəkədə Banyan Vines IP protokolu ilə Banyan VINES Sequenced Packet Protocol-i saxlayır.

    Prinsipcə burda da dəyişəni susmaya gürə saxlamaq olar. Belə ki TCP/IP çox məşhurdur...
  • SQL Server servislərinin hesablama yazıları - Əgəgr serveri Lokal olaraq digər serverlərlə əlaqədə olmadan istifadə etmək lzımdırsa (replikasiya, bölünmüş tranzaksiya və s.), onda onu Local System Account (susmaya görə) ilə işə salmaq lazımdır, əks halda SQL Serverin xoda düşəcəyi istifadəçi account-unu göstərmək lazımdır.

        Diqqət! SQL Serverin servisini işə salan istifadəçi Administrators lokal qrupuna daxil olmalıdır.

İndi yoxlayıcı yükləməyə başlamağın əsl vaxtıdır.

  1. NT -yə Administrator və ya Administrators lokal qrupuna daxil olan hər hansı bir istifadəçi kimi daxil olun.
  2. MS SQL Server 7.0 olan diski CD-ROM-a qoyun, sonra açılan pəncərədən Install SQL Server 7.0 Components sətrini seçin.
  3. Sonra Database Server - Standard Edition seçin
  4. Aşağıdakı cədvəldə verilmiş məlumatlardan istifadə edərək yükləməni sona çatdırın.
Parametr
Qiymət
Yükləmə qaydası
(Install method)
Lokal yükləmə(Local Install)
Ad (Name) Adınız
Kompaniya (Company) Sizin firmanın adı
Serial nömrə (Serial) Sizin variantın serial nömrəsi SQL Server
Yükləmə növü (Setup type) Custom
Proqramın yüklənmə qovluğu (Program files) C:\MSSQL7
Verilən faylların yüklənmə qovluğu (Data files) C:\MSSQL7
Komponentləri (Components) Hamsı susmaya görə
Simvollar yığımı (Character set) 1252 (ISO)
Sıralama qaydası (Sort order) Dictionary order, case-insensitive
Müqaisə Unicode (Unicode collation) General Unicode, Case-insensitive, Width-insensitive, Kana-insensitive
Şəbəkə kitabxanaları (Network libraries) Named pipes
TCP/IP Sockets
Multiprotocol
SQL Server services account Same account for all services and auto start SQL Server service
Service settings Domain user account
İstifadəçi adı (UserName) SQLService
Şifrə (Password) Daxil edin password
Domen (Domain) Öz domennizi daxil edin
Lisensiyalaşma növü (Licensing mode) Per Server
Lisensiyaların sayı (Number of Licenses) 50

Qeyd Əgər istəyirsinizsə yuxarıda qeyd olunmuşlardan fərqli təkliflər irəli sürə bilərsiniz.

Faylların köçürülməsi, servis və komponentlərin qeydiyyatından sonra NT-ni yenidən söndürüb yandırmaq lazımdır. Əgər hər şey uğurla başa çatıbsa onda siztemdə yeni komponentlər əlavə olunacaq.

Komponent
Yazılışı
SQL Server-in xidmətləri MSSQLServer
SQLServerAgent
MS DTC (Microsoft Distributed Transaction Coordinator)
Microsoft Search
Administratorluq utilitlər Bax. SQL Server qrupunda əsas menyu
Verilənlər Bazası master, model, msdb, tempdb, pubs, NorthWind
Qovluqlar və Fayllar VB-nin Serveri və digər utilitlər C:\MSSQL7\Bin -də, Verilənlər Bazası C:\MSSQL7\Data-də, Digər fayl və qovluqlar C:\MSSQL7-də
Müxtəlif parametr və xassələr Reestr-ə yazılır
SQL Server-in sa account-u SQL Server account-da qurulmuş VB-nin administratoru.

SQL Serverin yüklənməsinə aid bu qədər.

Yükləmə    VB-nin yaradılması və pozulması »»
Share


Tərcümə edən: Rəşad Əliyev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database