Sətirlərin daxil olunması, pozulması və dəyişdirilməsi

İndiyədək biz müxtəlif üsullarla cədvəllərdən məlumatları seçirdik. Onların ora yerləşməsini öyrənmək vaxtı gəlib çatıb.

Dəyişənlar üç əmr vastəsi ilə pozula və yerləşdirilə bilər:

  • INSERT - verilənlərin yerləşməsi
  • UPDATE - verilənlərin dəyişməsi
  • DELETE - pozulma

Verilənlərin daxil olunması

Bütün sətirlər yalnız INSERT əmri vastəsi ilə daxil olunur. Ən sadə formada aşağıdakı sintaksisdən istifadə olunur:

	INSERT INTO table_name
	VALUES ( value, value, ... )

Belə ki ticarət agentləri cədvəlinə yazı daxil etmək üçün aşağıdakı əmri istifadə etmək olar:

	INSERT INTO Salespeople
	VALUES( 1008, 'Johnson', 'London', 12 )

Dəyişiklik əmri heç bir çıxış vermir. Lakin Query Analyzer sizə bir yazının daxil olunması barədə məlumat verəcək. Əmrin istifadəsindən qabaq cədvəl mövcud olmalıdır, və VALUES sətirindən sonra mptarozə daxilindıki yazıların hər biri verilmiş sütunlar ilə üst-üstə düşmalidir. Birinci dəyişən birinci sətirə, ikinci-ikinciyə və s.
Əgər sizə boş sətir (NULL) daxil etmək lazımdırsa, onda onu siyahıda qeyd edin. Məs:

	INSERT INTO Salespeople
	VALUES ( 1009, 'Peel', NULL, 12 )

Siz dəqiq daxil edəcəyiniz sütunları da qeyd edə bilərsiniz. Bu dəyişənləri ixtiyari ardıcıllıqda daxil etmək imkanı verir.

	INSERT INTO Customers( city, cname, cnum )
	VALUES( 'Новосибирск', 'Петров', 2010 )

Fikir versəz görərsiniz ki reytinqsnum sütunları yoxdurlar. Bu o deməkdir ki yazı daxil edilərkən onlara qiymət susmaya görə veriləcək. Adətən bu NULL və ya cədvəl yaradılarkən göstərilən qiymət olur. Buna daha ətraflı irəlidə baxacağıq.
INSERT əmrini sorğunun nəticələrini yerləşdirmək üçün də istifadə etmək olar. Bunu etmək üçün sadəcə olaraq VALUES-də dəyişəni uyğun sorğu ilə dayişirik:

	INSERT INTO MoscowStaff
	   SELECT *
	   FROM Salespeople
	   WHERE city = 'Москва'

Burada "Ticarət agentləri" cədvəlindən city="Москва" qiyməti olan bütün məlumatlar MoscowStaff cədvəlinə yerləşdirilir. Bunların işləməsi üçün MoscowStaff cədvəli aşağıdakı şərtləri ödəməlidir:

  • O CREATE TABLE əmri vastəsi ilə yaradılmalıdır
  • O ticarət agentləri cədvəlinin sütunlarının şərtlərini ödəyən dörd sütundan ibarət olmalıdır.

Sətirlərin cədvəldən silinməsi

Sətirlərin cədvəldən silinməsi üçün DELETE əmrindən istifadə olunur. O ayrı dəyişənləri pozmur, bütün sətiri pozur. Agentlər cədvəlinin bütün tərkibini pozmaq üçün siz aşağıdakı əmri istifadə etməlisiniz:

	DELETE FROM Salespeople

Lakin mən sizə yalnız bunu etməyi məsləhət görmürəm.
Adətən sizə cədvəldən bəzi təyin olunmuş sətirləri silmək lazım olur. Bu cür pozulacaq sətirləri təyin etmək üçün sorğularda etdiyimiz kimi şərtləri istifadə edin. Məs, Şilin agentini silmək üçün aşağıdakıları daxil etmək lazımdır:

	DELETE FROM Salespeople
	WHERE snum = 1007

Təbii ki əgər şərtə bir neçə sətir uyğun gələrsə onda onların hahsı silinəcək.

DBASE kimi VBİS (ODBC)-lərdən fərqli olaraq SQL Server yazıları pozuluş kimi qeyd etmir, onları fiziki pozur, yəni onları qaytarmaq olmur. DELETE əmri ilə ehtiyatlı olun!

Sətirin qiymətlərinin dəyişməsi

UPDATE əmri cədvəldə bir neçə və ya bütün yazıları dəyişmək imkanı verir.Bu əmr özündə arxasınca cədvəlin adını göstərən və lazım olacaq dəyişikliyi göstərən SET təklifi olan UPDATE təklifini saxlayır. Məs, bütün sifarişçilərin reytinqini 200-ə dəyişmək üçün aşağıdakı əmri daxil etmək lazımdır:

	UPDATE Customers
	SET rating = 200

UPDATEDELETE əmrlərinə oxşar olaraq burda da dəyişiklikliyə lazım olacaq sətirləri seçmək olar. İvanov adlı bütün agentinin reytinqini belə dəyişmək olat (kod 1001):

	UPDATE Customers
	SET rating = 300
	WHERE snum = 1001

SET təklifində vergül ilə bir neçə cədvəl adı vermək olar.

İndi biz VB-nin tərkibini idarə edək üç əmr öyrəndik. Bunlara sorğunun uzun öyrənilməsini də daxil etsək biz deyə bilərik ki artıq SQL-in əsaslarınl bilirik. Daha nələr olacar? Amerika şoularında deyilən kimi: "İrəlidə siz görəcəksiniz:"

  • Verilənlərin məhdud olması - İlkin və xarici açarlara, müxtəlif constraint'lara həsr olunmuş böyük mövzu və s.
  • Verilənlərin bütövlüyünün saxlanılması - bu nədir və onu nə ilə yeyirlər
  • Təqdim etmə - İstifadəçidən verilənlərin əsl strukturunu necə gizlətməli

«« UNION əmrinin istifadə olunması    Sətirlərin daxil olunması, pozulması və dəyişdirilməsi
Share


Tərcümə edən: Rəşad Əliyev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database