Qeydlər

Qeydlər

Oxucular üçün:

Sizlərə təqdim olunan bu kitaba Unix əməliyyatlar sisteminin baza bilikləri daxil olunur. Bu, ilk buraxılışdır. Bu buraxılışda Unix shell proqramlaşdırma, Unix şəbəkə proqramlaşdırma və bir çox digər mövzuları kitaba daxil etmə imkanımız olmadı. Növbəti buraxılışlarda qeyd olunan mövzular kitaba daxil edilər.

Qurucular üçün:

Kitabın gələcək buraxılışlarının hazırlanmasında, kitabda olan mövzuların təkmilləşdirilməsində, yeni mövzuların və proqram nümunələrinin əlavə olunmasında könüllü köməklik göstərmək istəyən proqramçılar müəlliflə bu ünvandan əlaqə saxlaya bilər: ahmed.sadikhov@gmail.com

Görülməli işlər:

1. Unix shell proqramlaşdırmaya adi mövzunun hazırlanması

2. Unix IPC obyektləri və onların sinxronizasiyası mövzusunun hazırlanması

3. Unix şəbəkə proqramlaşdırma mövzusunun hazırlanması: Sadə soketlər, TCP, UDP, IP, ICMP, IGMP protokollarının qısa izahı və proqram nümunələri.

4. Hər paraqraf üçün çalışmaların hazırlanması

5. Fayl icazələrinə aid mövzunun hazırlanması

6. stat strukturunun elementlərinin izahı

7. Fayllar sisteminin bərkidilməsi mövzusu

8. Unix sistemlərinin tarixi

9. ptrace sistem çağırışı və onun tətbiqinə aid proqram nümunələri


«« Proseslər arası əlaqə    Qeydlər
Share


Muəllif: Əhməd Sadıxov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database