Verilənlər Bazası haqqında

Verilənlər bazası fayllarda saxlanılan təşkil olunmuş informasiya yığımıdır. Verilənlər bazası fayllarda mətn, cədvəl və başqa şəkillərdə saxlanıla bilər. Əsasən cədvəl şəkilli Verilənlər bazasından istifadə olunur.
Son zamanlar bir çox tətbiqi proqramlar yaranmışdır ki, bunların vasitəsi ilə Verilənlər bazası yaratmaq olduqca asandır. Bu proqramlardan Oracle, Microsoft SQL Server, Microsoft Access, Microsoft FoxPro, Btrieve, Paradox və s. adlarını çəkmək olar. Adları çəkilən Verilənlər bazası içərisində ən etibarlı və gözəl struktura malik olanları Oracle, Microsoft SQL Server, Microsoft Access bazalarıdır. Biz də bu proqramda Microsoft SQL Server Verilənlər bazasını idarə edən sistemdən istifadə edəcəyik. Bu sistemin görünüşü aşağıdakı kimidir:

Şəkil 5

Yeni cədvəl yaratmaq üçün aşağıdakı ardıcıllıqla hərəkət etmək lazımdır.
Microsoft SQL Server -> SQL Server Group -> SQL Server name -> Databases -> Database name -> Tables -> New Table
Bu ardıcıllıqdan sonra ekranda yeni pəncərə açılır. Bu pəncərə Create Table pəncərəsidir ki, burada əvvəlcə yaradılacaq cədvəlin adı daxil olunur və OK düyməsini sıxdıqda yeni pəncərə açılır ki, bu pəncərədə cədvəlin strukturu qurulur. Bu pəncərənin ümumi görünüşü aşağıdakı kimidir:

Şəkil 6

Burada bir neçə parametr verilir ki, biz onlardan yalnız əsasları haqqında qısa məlumat verəcəyik. Onlar aşağıdakılardır:
Column Name - cədvəlin sütununun adını göstərir.
DataType - cədvəlin sütun elementlərinin tipini göstərir.
Length - cədvəlin həmin sütun üzrə sətir elementlərinin sayını göstərir.
Allow Nulls - sütunun həmişə qiymət alıb-almamasını göstərir.

Cədvəlin hansısa sütununun açar rolunu oynamasını göstərmək üçün həmin sütunun adının üzərində siçanın sağ düyməsini vurmaq və Set Primary Key düyməsini basmaqla göstərmək olar.
Bu cədvəli bizə lazım olan qaydada doldurduqdan sonra, Save düyməsini sıxırıq. Beləliklə, cədvəl hazır olur.

«« Visual Basic barədə qısa məlumat    Verilənlər Bazası haqqında    Proqram »»
Share


Muəllif: Vaqif Feyziyev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database