Word 2000-in ekranı

Ders_1 Qarşınızda Word redaktorunun pəncərəsidir. Word redaktə sahəsindən, sənədin başlıq sətrindən, menyu sətrindən, sürüşdürmə zolaqlarından, alətlər lövhəsi və vəziyyət sətrindən ibarətdir. Pəncərənin yuxarısında yerləşən başlıq sətri bütün Windows pəncərələrində olduğu kimi redaktə olunan faylın adından, pəncərənin adı sahəsindən, həmçinin pəncərəni idarə edən 3 düymədən ibarətdir. Başlıq sətrindən sonra menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər hansı 1 menyu bölməsinin seçilməsi mausun göstəricisinin müvafiq bölməyə yaxınlaşdırılması və mausun sol düyməsinin basılması ilə həyyata keçirilir.

Word standart menyudan başqa kontekst-asılı dinamik menyu da təqdim edir. Belə ki, kontekst menyu mausun sağ klavişini basmaqla çağırılır.

Menyu sətrindən aşağıda bir neçə alətlər lövhəsi yerləşir. Adətən onlardan 2-si Standart "Standard"və Formatlaşdırma "Formatting" alətlər paneli daima ekranda mövcud olur.

Pəncərənin əsas sahəsini bir qayda olaraq redaktə ediləcək sənədi göstərən işçi sahəsi tutur.

Ekranın aşağıdakı sətri proqramın vəziyyət sətri adlanır. Onun üzərində Wordün mətn haqqında məlumatı görsənir.

«« Giriş    Word 2000-in ekranı    Alətlər lövhələri »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database