Alətlər lövhələri

Ders_2 Əgər menyu sətri əmrlər toplusundan ibarətdirsə, alətlər lövhəsi üfüqi istiqamətdə yerləşən düymələrdən ibarətdir. Düyymələrin üzərində olan şəkillər onların funksiyasını təsvir edir.

Alətlər lövhəsindən düymənin ləğv edildməsini araşdıraq. Bunun üçün Standart "Standard" alətlər lövhəsində Digər düymələr "More Buttons" düyməsini basın. Beləliklə ekranda digər düymələr menyusu yaranacaq. Düymənin əlavə edilməsi və ya ləğvi əmrini "Add or remove Buttons" seçin. Hiperəlaqə "Hyperlink" sahəsində mausu basaraq həmin düyməni ləğv edin. Beləliklə Hiperəlaqə "Hyperlink" düyməsi Standart "Standard" alətlər lövhəsindən ləğv ediləcək.

Alətlər lövhəsinə hər hansı düymənin əlavə edilməsindən əvvəl ekrana düymənin əlavə ediləcəyi alətlər lövhəsini gətirmək lazımdır. Bunun üçün Görünüş "View" menyusunda Alətlər lövhəsi "Toolbars" əmrini və sonra müvafiq alətlər lövhəsini seçin. Beləliklə ekranda göstərdiyiniz alətlər lövhəsi yaranacaq.

Görünüş "View" menyusunda alətlər lövhəsi "Toolbars" əmrini seçin, sonra Sazlama "Customize" əmrini basın. Ekranda eyni adlı dialoq pəncərəsi yaranacaq. Əmrlər (Commands) səhifəsinə keçin. Müvafiq kateqoriyanı "Categories" seçin.

Əmrlər "Commands" pəncərəsində düymə kimi təsvir edəcəyimiz əmri qeyd edin. Seçdiyiniz əmri mausun köməkliyilə ekrana çıxardığımız lövhənin istənilən yerinə gətirin. Beləliklə, biz müvafiq alətlər lövhəsinə lazımi düyməni əlavə etdik.

«« Word 2000-in ekranı    Alətlər lövhələri    Sənədin yaradılması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database