Faylın açılması və verilənlərin daxil edilməsi üçün parol

Əgər siz faylı mütləq parolla yadda saxlamaq istəyirsinizsə ilk növbədə həmin faylı ekrana çağırmaq lazımdır. Beləliklə Wordün işçi sahəsində sənəd yaranacaq.

Ders_7 İndi isə Fayl menyusundan hansı adla yadda saxlamaq "Save as" əmrini seçin. Açılmış dialoq pəncərəsində Xidmət "Tools" və sonra Əsas parametrlər "Security Options" əmrini seçin. Yaranmış səhifənin faylın açılması üçün parol "Password to open" sahəsində faylı açmaq üçün parol daxil edin. Diqqət edin, yığılan parol ulduzlar şəklində göstərilir. Növbəti verilənlərin daxil edilməsi üçün parol "Password to modify" sahəsində 2-ci parolu daxil edin və OK-i basın. Ekranda Parolun təsdiqi "Confirm Password" pəncərəsi yaranacaq.

Faylın açılması üçün parolu təkrar edin. Ok-i basın. 2-ci parolun təsdiq üçün pəncərə açılacaq və bu pəncərədə verilənlərin daxil edilməsi üçün parolu "Password to modify" təkrar edin. Ok-i basın.

Prosesi tamamlamaq üçün Yadda saxlamaq "Save" düyməsini basın. Sənədi bağlayın. Nəticədə sənəd hər dəfə açıldıqda Word parolun "Password" daxil edilməsi üçün pəncərə göstərəcək. Sənədi açmaq üçün siz parolu dəqiq göstərməlisiz, əks halda sənəd açılmayacaq.

«« Sənədin açılması    Faylın açılması və verilənlərin daxil edilməsi üçün parol    Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database