Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi

Gördüyünüz kimi mətndə bəzi sözlərin altından yaşıl və qırmızı dalğavari xəttlər çəkilmişdir ki, bu da həmin sözlərin qrammatik və orfaqrafik cəhətdən səhv olduğunu göstərir. Belə yoxlama yalnız Düzgün yazılış "Spelling and Grammar" əmrinin aktivləşdirilməsi nəticəsində baş verir. Düzgün yazılış "Spelling and Grammar" funksiyası nəinki səhvləri qeyd edir, həm də onları aradan qaldırmağa kömək edir.

Ders_8 Səhvi aradan qaldırmaq üçün ilk növbədə mausun sağ düyməsini altından xətt çəkilmiş sözün üzərində basmaq lazımdır. Bu halda kontekst menyu yaranacaq ki, burada da qeyd edilmiş səhv sözün mümknün düzgün variantlarının siyahısı göstərilir. Mausun sol düyməsi ilə lazımi variantı qeyd edin. Gördüyünüz kimi səhv avtomatik olaraq düzgün variantla əvəz edildi.

Hamısını ötür "Ignore All" düyməsini basmaqla sözün altında çəkilmiş qırmızı xətti ləğv etmək olar. Bundan sonra avtomatik yoxlama artıq həmin sözü yoxlamayacaq.

Düzgün yazılış funksiyasının avtomatik söndürülməsi üçün Xidmət "Tools" menyusunu açın. Parametrlər "Options" əmrini seçin. Düzgün yazılış "Spelling and Grammar" səhifəsini seçin. Orfoqrafiya "Spelling" bölməsində Orfoqrafiyanın avtomatik yoxlanılması "Check Spelling As you Type" sahəsindən qeydiyyatı götürün. Eləcə də Qrammatika "Grammar" bölməsində Qrammatikanın avtomatik yoxlanılması "Check Grammar As you Type" sahəsindən qeydiyyatı götürün. Beləliklə də sözlərin altından qırmızı və yaşıl dalğavari xəttlər çəkilməyəcək.

«« Faylın açılması və verilənlərin daxil edilməsi üçün parol    Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi    Avtomətnin yaradılması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database