Avtomətnin yaradılması

Avtomətn daxil etdiyimiz, tez-tez təkrar edilməsi vacib olan verilənləri: məsələn, idarə və təşkilatların adları, ad və soyadları və s. bu kimi verilənləri elə yadda saxlayır ki, həmin verilənləri asanlıqla təkrar etmək olar.

Ders_9 Avtomətn kimi istifadə ediləcək söz və ya mətni daxil edin, məsələn "Ilk Addımlar" frazasını daxil edin. Daxil etdiyiniz bu frazanı qeyd edin. İndi isə, Alt+F3 klaviş kambinasiyasını daxil edin. Bu o deməkdir ki, Alt düyməsi sıxılı vəziyyətdə F3 klavişini basın. Beləliklə ekranda avtomətnin yaradılması "Create Auto Text" dialoq pəncərəsi yaranacaq.

Avtomətnin adı "Please name your AutoText entry" sahəsində yaradılacaq avtomətn elementi üçün yeni ad daxil edin, məsələn "Ilk.A" və OK-i basın. Beləliklə də biz Avtomətn yaratmış olduq.

İndi isə, yenicə daxil etdiyimiz Avtomətn elementini yoxlayaq.

Mətnə avtomətnin yerləşdirilməsi üçün kursorla lazımi yeri qeyd edin. Avtomətnin adını daxil edin. Bizim halda "Ilk.A". F3 klavişini basın. Gördüyünüz kimi, daxil edilmiş sözün əvəzinə qeyd etdiyimiz fraqment gəldi.

«« Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi    Avtomətnin yaradılması    Sənədə baxış rejimləri »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database