Mətnin yerdəyişməsi və surətinin çıxarılması

Ders_12 Əgər mətnin hər hansı bir hissəsini yeni mövqeyə yerləşdirmək lazımdırsa Standart "Standard" alətlər lövhəsində Kəsmək "Cut" və Yerləşdirmək "Paste" əmrlərindən istifadə etmək lazımdır.

Bunun üçün:
Sənədin lazımi fraqmentini qeyd edin.

Standart "Standard" alətlər lövhəsində Kəsmək "Cut" əmrini basın. Kəsmək "Cut" əmri sənəddən qeyd edilmiş mətni silir və onu saxlamaq üçün Yaddaşın bufer "Clipboard" adlanan sahəsinə yerləşdirir. Kəsmək "Cut" əmrini Ctrl+X klavişlərini kambinasiyası ilə də əvəz etmək olar.

Mausla fraqmentin yerləşdiriləcəyi yeni mövqeyi qeyd edin. Sonra Yerləşdirmək "Paste" düyməsini basın. Yerləşdirmək "Paste" düyməsini Ctrl+V klavişlərinin kambinasiyası ilə də əvəz etmək olar. Gördüyünüz kimi biz qeyd edilmiş fraqmentin yerini dəyişdik.

Əgər mətnin fraqmentinin surətini yeni mövqeyə köçürmək lazımdırsa Standart "Standard" alətlər lövhəsində Surətin çıxarılması "Copy" və Yerləşdirmək "Paste" əmrlərindən istifadə etmək lazımdır. Sənədin lazımi fraqmentini qeyd edin.Standart "Standard" alətlər lövhəsində Surətin çıxarılması "Copy" əmrini basın. Surətin çıxarılması "Copy" əmrini Ctrl+S klavişlərini kambinasiyası ilə də əvəz etmək olar. Gördüünüz kimi, bu halda mətndə heç bir dəyişiklik baş vermədi, lakin qeyd edilmiş fraqmentin surəti buferə "Windows Clipboard" yerləşdirildi. Mausla surətin köçürüləcəyi mövqeyi qeyd edin. Sonra Yerləşdirmək "Paste" düyməsini basınvə ya bu düyməni Ctrl+V klavişlərinin kambinasiyası ilə əvəz edin. Gördüyünüz kimi qeyd edilmiş fraqmentin surəti yeni mövqeyə köçürüldü.

«« Dəyişikliklərin təkzibi və təkrar edilməsi    Mətnin yerdəyişməsi və surətinin çıxarılması    Mətnin bir neçə fraqmentinin yerləşdirilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database