Yerləşdirmək (Insert) menyusunun əlavə imkanları

Yəqin ki, Web-səhifələrin əsas fərqləndirici cəhəti onlarda hiperəlaqələrin olmasıdır . Hiperəlaqə Web-səhifəyə keçidi təmin edir. Microsoft Word təkcə göstərilən Web -səhifəyə deyil, həm də lazımi sənədə və ya elektron poçtuna "e-mail" keçidi təmin edir.

Ders_15 Yerləşdirmək "Insert" menyusundan Hiperəlaqə "Hyperlink" əmrinin üzərində düyməni basın. Eyni adlı dialoq pəncərəsi yaranacaq. Yaranmış pəncərənin Web-səhifənin və ya faylın adı sahəsində www.firststeps.az ünvanını daxil edin və OK düyməsini basın. Diqqət edin, sizin sənədinizdə Hiperəlaqə yarandı. Siz hər dəfə göstərilən ünvanın üzərində mausu basmaqla Bakı Elmi-Tədris Mərkəzinin Web-səhifəsini gözdən keçirə bilərsiz.

Bir çox hallarda siz sənədi müzakirəyə təqdim etməzdən əvvəl daxil etdiyiniz düzəlişləri şərh etmək lazım gəlir. Şərhin daxil edilməsi üçün Yerləşdirmək "Insert" menyusunda olan Şərh "Comment" əmrindən istifadə edilir.

Kursoru şərh ediləcək sözün yanında yerləşdirin və Yerləşdirmək "Insert" menyusunda olan Şərh "Comment" əmrini seçin. Kursorla qeyd edilmiş yerdə şərhin nişanı yaranacaq. Sonra Word Şərh "Comment" lövhəsini açacaq. Şərhinizi daxil edin. Lövhəni bağlamaq üçün Bağlamaq "Close" düyməsini basın. Diqqət edin, siz hər dəfə mausun göstəricisini şərh daxil edilmiş sözə yaxınlaşdırdıqda şərh görsənir.

«« Simvolların yerləşdirilməsi    Yerləşdirmək (Insert) menyusunun əlavə imkanları    Mətnin xarici görünüşünün dəyişdirilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database