Formatlaşdırmanın əlavə imkanları

Word-ün Formatlaşdırma vasitələri təkcə Formatlaşdırma alətlər lövhəsində "Formatting" olan düymələrlə məhdudlanmır.Əlavə effektləri tətbiq etmək üçün redaktə ediləcək fraqmenti qeyd edin. Format menyusunda "Format" şrift "Font" əmrini seçin. Şrift "Font" səhifəsində xəttin stili sahəsini "Underline Style" açın. Bu sahədə 2 qatt xətti seçin. Xəttin rəngi "Color Underline" sahəsində oxu basın. Bu sahədə sözün altından çəkiləcək xətt rəngi seçilir. Qırmızı rəngi seçin.

Effektlər "Effects" bölməsindən müxtəlif effektlər tətbiq etmək olar. Formatlaşdırmanın nəticəsi nümunə "Preview" bölməsində göstərilir.

İndi isə animasiyalar "Animation" sahəsini açın. Bu pəncərədə Web-səhifələrin formalaşdırılması zamanı yararlı ola biləcək animasiya effektlər seçmək olar.

«« Şriftin və şriftin ölçüsünün dəyişdirilməsi    Formatlaşdırmanın əlavə imkanları    Formatın surətinin çıxarılması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database