Formatın surətinin çıxarılması

Bəzən siz şrift və abzaslar üçün müəyyən edilmiş formatlaşdırma parametrlərini təkrar etməli olursunuz. Hər dəfə mətni qeyd etmək və bütün formatlaşdırma prosesini təkrar etmək əvəzinə formatın surətini çıxarmaq olar.

Bunun üçün, formatının surəti çıxarılacaq mətni qeyd edin. Standart alətlər lövhəsində "Standard" Nümunəyə görə format düyməsini "Format Painter" basın. Bundan sonra mausun göstəricisini mətn boyunca hərəkət etdirməyə çalışın. Diqqət edin, artıq mausun göstəricisənə fırça işarəsi bərkidilmişdir.

Mausun sol düyməsi sıxılı vəziyyətdə fırçanı müvafiq sözün və əgər lazım gələrsə abzasın üzərinə çəkin. Gördüyünüz kimi, üzərinə fırça çəkilmiş abzas seçilmiş nümunənin formatını qəbul etdi.

«« Formatlaşdırmanın əlavə imkanları    Formatın surətinin çıxarılması    Abzasların düzlənməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database