Rəsmlərin çəkilməsi

Ders_26 Word Sizin ixtiyarınıza müxtəlif rəsm alətlərindən ibarət olan Rəsm alətlər lövhəsini təqdim edir.

Standart "Standard" alətlər lövhəsində Rəsm "Drawing" düyməsini basın. Gördüyünüz kimi sənədin aşağısında yeni Rəsm "Drawing" alətlər lövhəsi yarandı.

Xətt "Line" düyməsinin köməkliyi ilə düz xətlər çəkilir. Xətt "Line" düyməsini basın. Mausun düyməsi sıxılı vəziyyətdə xətti çəkin. Xəttin çəkilməsini tamamlamaq üçün mausun düyməsindən əlinizi çəkin. Səlist, sınmayan düz xəttin çəkilməsi üçün mausun yerdəyişməsi zamanı Shift klavişini sıxın.

Avtofiqurlardan hər hansı birin çəkmək üçün Avtofiqurlar "Auto Shapes" düyməsini basın, müvafiq kateqoriyanı seçin, məsələn Ulduz və lentlər, sonra isə 8-guşəli ulduzu seçin. Mausun düyməsi basılı vəziyyətdə ulduzu çəkin.

Mətn qutusu "Tex Box" düyməsinin köməkliyi ilə şəklə mətn əlavə edilir. Mausun düyməsi basılı vəziyyətdə Mətn qutusu "Tex Box" çəkin. Əlinizi düymədən çəkərək Mətn qutusunu "Tex Box" tamamlayın. Sonra isə lazımi mətni daxil edin.

Word çəkilmiş fiqurları avtomatik olaraq rəngləmir. Fiqurların daxili fonunun rənglənməsi üçün Daxili fonun rəngi "Fill color" düyməsi istifadə edilir. Düymə üzərində olan rəng daxili fonun cari rəngini göstərir. Fiqurun cari rənglə rənglənməsi üçün fiquru qeyd edin, sonra isə Daxili fonun rəngi düyməsini basın. Gördüyünüz kimi fiqurun rəngi dəyişdi.

WordArt düyməsinin köməkliyi ilə siz çəkdiyiniz şəklə və ya sənədin istənilən hissəsinə WordArt obyekti yerləşdirə bilərsiniz.

Sənədə WordArt obyektinin yerləşdirilməsi növbəti üsulla həyata keçirilir.

WordArt "Insert WordArt" düyməsini basın. Mausun düyməsi ilə 4-cü sütunda 3-cü nümunəni seçin və OK-i basın. "Gözəllik dünyanı xilas edəcək" cümləsini daxil edin. Daxil edilənlərin təsdiqi kimi OK-i basın. İstəyinizə görə yerləşdirilən obyekt yenidən redaktə edilə bilər. Bunun üçün Obyektin üzərində mausun sağ düyməsini basaraq Obyektin kontekst menyusunu çağırın və WordArt-ın formatlaşdırılması "Format WordArt" əmrini seçin.

«« Qrafiklərin yerləşdirilməsi    Rəsmlərin çəkilməsi    Cədvəllərin yaradılması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database