Cədvəllərin yaradılması

Ders_27 Formatlaşmamış cədvəlin tez bir zamanda sənədə yerləşdirilməsi üçün Standart "Standard" alətlər lövhəsində Cədvəlin yerləşdirilməsi "Insert Table" düyməsini basın. Mausun düyməsini yaranmış torun üfiqi və şaquli istiqamətləri boyunca gəzdirərək yaradılacaq cədvəlin sətr və sütunlarının sayını müəyyən edin. Torun uzadılması üçün mausu düyməsi sıxılı vəziyyətdə aşağı çəkin, Torun enlənməsi üçün isə həmin əməliyyatı sağ istiqamətdə təkrar edin.

Mausun tor boyunca hərəkəti prosesində Word mausun hərəkətindən asılı olaraq sətr və sütunların sayını göstərir. Məsələn 8x7 göstərir ki, cədvəldə 8 sətr və 7 sütun olacaqdır.

Beləliklə, 8 sətr və 6 sütun seçərək mausun düyməsindən əlinizi çəkin. Beləliklə gördüyünüz kimi cədvəl sizin sənədinizə yerləşdi.

«« Rəsmlərin çəkilməsi    Cədvəllərin yaradılması    Cədvəllərin formatlaşdırılması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database