Xanaların əlavə edilməsi və silinməsi

Ders_35 Cədvəlin istənilən hissəsinə xana və ya xanalar qrupu yerləşdirmək olar.

Bunun üçün kursoru lazımi xanada yerləşdirin. Cədvəl "Table" menyusunda Xanalar yerləşdir "Insert Cells" düyməsini basın. Eyni adlı dialoq pəncərəsi yaranacaq. Verilənlərin içərisindən lazımi variantı seçin.

Məsələn Bütöv sətrin yerləşdirilməsi "Insert entire Row" əmrini seçin. OK-i basın. Gördüyünüz kimi yeni sətr əmələ gəldi.

Sətr və sütunlardan xanaların silinməsi növəti üsulla yerinə yetirilir.

Silinəcək xanaları qeyd edin. Cədvəl "Table" menyusunda Xanaların silinməsi "Delete Cells" əmrini seçin. Açılmış dialoq pəncərəsində lazımi variantı seçin.

Məsələn, Bütöv sətrin silinməsi "Delete entire Row" variantını seçin. Ok-i basın. Gördüyünüz kimi sətr silindi.

«« Cədvəl daxilində mətnin istiqamətinin dəyişdirilməsi    Xanaların əlavə edilməsi və silinməsi    Sahələrin müəyyən edilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database