Sənədə çapdan əvvəl baxış

Ders_37 Faylın çap olunmuş vəziyyətdə necə görünəcəyi haqda təsəvvür yaratmaq üçün Sənədə çapdan əvvəl baxış "Print Preview" pəncərəsindən istifadə etmək lazımlır. Bu pəncərədə mətnin real olaraq səhifələrdə necə yerləşməsi göstərilir.

Sənədə çapdan əvvəl baxmaq üçün Standart "Standard" alətlər lövhəsində olan Sənədə çapdan əvvəl baxış "Print Preview" düyməsini basın. Eyni adlı pəncərə yaranacaq ki , bu pəncərə də sənədin 1-ci səhifəsi görsənir. Bu pəncərədə Word-ün menyu sətrindən sonra Sənədə çapdan əvvəl baxış "Print Preview" rejiminin alətlər lövhəsi yerləşir.

Ekrana bütün səhifələrin çıxarılması üçün Sənədə çapdan əvvəl baxış "Print Preview" alətlər lövhəsində Bir neçə səhifə "Multiple Pages" düyməsini basın.

Açılmış cədvəldə mausun göstəricisini sol düyməsi sıxılı vəziyyətdə xanalar üzrə hərəkət etdirin.

Nəzərə alın ki, hər 1 xana 1 səhifəyə bərabərdir.

«« Sahələrin müəyyən edilməsi    Sənədə çapdan əvvəl baxış    Səhifələrin sadalanması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database