3D Max

Avtomobil diski modelləyək

Avtomobil diski modelləyək



1. Max-ı resetləyin. Səhnədə ilk öncə bir Tube cismi yerləşdirin. Tube-nin ölçüləri yuxarıdakı kimi olmalıdır.



2. Tube cismini yerləşdirdikdən sonra sağ düymə vasitəsilə Tube-ni Editable Mesh-ə çevirin. Vertex modunda ikən Top görünüş pəncərəsində Scale və Move-un koməkliyilə Tube-ni yuxarıdakı şəklə oxşadın.



3. Modify menyusuna gələrək Polygon moduna keçib şəkildəki kimi, içəri hissəsindən 2 tam polygon bölgəsini seçin.



4. Extrude və Bavelin köməkliyilə yuxarıdakı modeli alın.



5. Top görünüş pəncərəsinə gəlin və Vertex modunda ikən orta hissədəki nöqtələri seçin, ardından da Weld Selected əmrindən istifadə edərək nöqtələri birləşdirin. Diqqət edin ki, nöqtələri digər nöqtələrlə birləşdirərək qarışıqlıq yaratmayın.



6. Ox işarəsi göstərdiyi yerləri seçin və Delete ilə silin.



7. Qırmızı ilə göstərilən nöqtələri Vertex modunda ikən seçin və Weld Selected əmrilə birləşdirin.



8. Birləşdirərək yaradılan orta hissəni seçin Extrude və Baveldən istifadə edərək yuxarıdakı görünüşü əldə edin.



9. Artık disk hazırdır, sonda Mesh Smooth medifisilə yuxarıdakı kimi sıxlıq verin.



10. Bunu parıltılı bir materialla örtdükdən sonra yuxarıdakı kimi modelimiz hazır olacaqdır. Biz orta hissəsini 3 hissədən ibarət etdik, siz bunu dörd və ya daha da çoxaldaraq, gözəl modellər əldə edə bilərsiniz.