3D Max

Avtomobil təkəri

Avtomobil təkəri

Bu dərs 3DS Max biliyiniz orta səviyyədə nəzərə alınaraq hazırlanmışdır. Onu deyim ki, təkər hazırlamağın ən yaxşı yolu bu sayılmır. Bir çox yolu var, ancaq asan yolunu sizinlə paylaşacağam. Dərsə başlayaq:
- Front Viewport pəncərəsində bir Tube yaradın və dəyərlərini Side-1000, Height-6, Cap-4 olaraq dəyişdirin. Tube-ni EditabliPoly-ə çevirin. Sonra isə, Tube-nin iç tərəfindəki bütün seqmentləri silin. Bunun üçün Modifyers başlığı altındakı Polygon Properties-dən Select by ID 4 girin. İç tərəfin bütün polygonları seçildi. Delete ederek silin.



Təkərin yan tərəfinin yuvarlaq görsənməsini əldə etməliyik. Bunun üçün şəkildə görsəndiyi kimi, üstdən və altdan 2 edge seçirik.



Sonra Modifyers bölümündən Loop-a basın.



Seçilmiş 2 edge-nin bütün sütünunun seçildiyini görəcəksiniz. Sonra Move tools ilə təkərin kənarına döğru itələyin. Şəkildəki kimi.



Digər edge-ləri də o şəkildə yuvarlaqlaşdırana qədər itələyin.



Təkərin üst tərəfindəki edge-ləri şeçin və təkrar Loop basın. Şəkildəki kimi seçilməlidir. Sağ və soldan birinciləri seçməyə ehtiyac yoxdur.



İndi seçilmiş bu edge-lərə extrude daxil edin və dərinliyini istəyinizə görə dərinləşdirin. (Extrude yanındakı kiçik qutuya basaraq dərinlik dəyərini rəqəmlə də daxil edə bilərsiniz.) Şəkildə müvafiq dərinlik göstərilir.



Şəkildəki kimi ən kənardakı edge-ləri seçin (Loop əmri ilə) və Perspectiv pəncərəsində ikən Y yönünə doğru 2-3 dərəcə döndərin. Aşağıdakı şəkildəki kimi görüntü əldə etməlisiniz.



Sonra isə, digər aralardakı edge-ləri seçin və onları da Y yönünə tərəf döndürərək aşağıdakının eynisini əldə etməyə çalışın.



Şəkildə gördüyünüz kimi, bütün edge-ləri seçin. Bunun üçün Loop və Ring-dən istifadə etməlisiniz. Loop düzünə, Ring isə eninə bütün xətləri seçmək üçündür.



Seçilmiş bütün edge-ləri bundan əvvəl etdiyimiz kimi, Extrude edərək istəyinizə görə dərinləşdirin. Lakin bu dəfə əvvəlkindən çox dərin etməyiniz məsləhət deyil. Sonra isə, ardından Champer düyməsini sıxın və dəyərləri extrude etdiyiniz dəyərin yarısı qədər daxil edin. Champer etdikdə bir dəyişiklik görməyə bilərsiniz, lakin dərinləşmiş hissələrin daxilində yumşaqlıq üçün bu düymədən istifadə etməliyik.



Chamfer etdikdən sonra V görünümünü U şəklinə gətirməlisiniz. Aşağıdakı səkildən nə demək istədiyimi başa düşəcəksiniz. Təkərin boşluqlarını nəzərimdə tuturam.



Yuxarıdakı V aşağıdakı şəkil isə Chamfer daxil etdikdən sonra əldə etdiyimiz U görünüşü.



Artıq səhnəni render edin. Aşağıdakı kimi təkər əldə etməlisiniz. Rəngini isə qara və bir az açıq qara ilə rəngləyin.



Bu da professional üsullarla əldə edilmiş təkər formalarıdır.