3D Max

FDD modifier-indən istifadə edərək vaz modelləyək

FDD modifier-indən istifadə edərək vaz modelləyək



1. Max səhnəsində yeni bir silindr yaradın. Modify menyusuna gələrək lazımlı dəyişiklikləri yuxarıdakı kimi daxil edin.



2. Silindr elementi seçili halda Modify menyusundan FDD (cyl) dəyişdiricisini daxil edin. "Set Number if Points" düyməsini sıxaraq, dəyərləri yuxarıdakı kimi 4-6-6 edin.



3. Yuxarıdakı şəkildə də gördüyünüz kimi, silindr obyektinin kənarlarından kontrol nöqtələri yaranacaqdır.



4. Hal-hazırda o nöqtələri seçmək mümkün deyildir, seçmək üçün sol tərəfdəki şəkildə gördüyünüz kimi Modify menyusundan FDD yanındakı kiçik + işarəsini sıxaraq, açılan kiçik menyudan Control Points seçməlisiniz.



5. Sıra gəldi silindr obyektini gül vazına bənzətməyə. Move və  Uniform Scale  əmrlərindən istifadə etməlisiniz. Modelin silindrik bir görünüşünü qorumaq üçün yuxarıdakı şəkildə də göründüyü kimi genişlətmək istədiyiniz bölgədəki nöqtələrinin yanındakı digər yatay nöqtələri də seçməlisiniz. Yəni bir sıradakı bütün nöqtələri sürüşdürüb buraxaraq seçməlisiniz.



6. Bir neçə çəkişdirmə əməliyyatından sonra gül qabını yuxarıdakı şəklə bənzətməyə çalışın. Front pəncərəsindən yalnız b>Uniform Scale  düyməsinin köməkliyilə yuxarıdakı görünüşü almanız mümkündür.



7. Sub-Objectdən çıxın. Uniform Scale düyməsini sıxın. "Shift" düyməsini basılı saxlayaraq, mausu aşağıya doğru çəkin və biraxın, açılan pəncərədə Ok düyməsini sıxın. Artıq modelin bir kopyasını çıxardıq. Yuxarıdakı şəkildə də gördüyünüz kimi, 2 vaz arasındakı bərabərlik qorunmalıdır.



8. Uniform Scale köməyilə yuxarıdakı kimi bir vazı digərinin içinə yerləşdirin. Yəni içərisindəki vaz, çöldəkindən kiçik olmalıdır.



9. Vazlardan çöldəkini seçin və Compound Objects gedərək, oradan Boolean düyməsini sıxın. Pick Operand sıxaraq, içəridəki vazı seçin. Bundan əvvəldə dediyim kimi, içəridəki vazın heç bir bölgəsi kənara çıxmamalıdır. Əgər çıxarsa, vaz qırılmış görünəcəkdir. Materialın rənglənmə işini də istədiyiniz kimi edə bilərsiniz. Parlaqlıq effekti və kölgə də verərək, canlı səhnələr əldə edə bilərsiniz.