3D Max

Lathe funksiyasını öyrənək

Lathe funksiyasını öyrənək



1. İlk olaraq əmr panelindən Shapes - Line əmrinin köməyilə yuxarıdakı şəkli yaradırıq. Bu şəkil hazırlayacağımız modelin yarı hissəsiymiş kimi fikirləşməliyik. Lath bir çox programlarda Revolve adında istifadə edilir. Yəni hər hansı modeli 360 dərəcə fırladaraq ona dərinlik veririk.



2. Modify menyusuna gələrək menyudan Lathe dəyişdiricisini seçin. Ardından alt menyu açılacaqdır.



3. Bu menyudan WeldCore seçin. Seqment isə modelin sıxlığını müəyyənləşdirir. Çox olduqda model daha da canlanır, ancaq çox daxil etməyiniz məsləhət görülmür, sisteminiz yüklənə bilər. Digər əmrləri də şəkildəki kimi yerinə yetirin.



4. Ardından Noise dəyişdiricisini daxil edirik. Bunun istifadəsinə səbəb modelin orqanik model olmasıdır. Noise (qarışıqlıq) armudun üz hissəsində kiçik təpələr yaratmaq üçün istifadə edirik.



5. Noise kontrol pəncərəsindən yuxarıdakı parametrlərə girin. Modelin üz hissəsinin dəyişdiyini siz də görəcəksiniz. Sonda armudu meterial editorla bəzəyərək gerçək səhnələr ala bilərsiniz.



5. Render edərək yoxlayın.

Armudun üzərindəki təpəciklər sizi qane etməzsə, material editordan "Bump" materialından istifadə edə bilərsiniz. Daha da dərinlik vermək üçün sizə kömək edəcəkdir.