3D Max

Loft ilə qələm modelləyək

Loft ilə qələm modelləyək



1. Loft əmri əslində çox irəli səviyyəli özəlliklərə malikdir. Ancaq bu özəlliklər o qədər də istifadə edilmir. İndi yuxarıdakı şəkildəki kimi bir dairə və dördkünc çəkin. Burada bir şeyə diqqət yetirməlisiniz ki, iki elementin üzərindəki vertextlərin sayı bərabər olmalıdır. Əks təqdirdə, bir çox problemlərlə qarşılaşa bilərsiniz. Bir də, yol üçün düz bir xətt çəkin. Line istifadə edin.



2. Düz xətti seçin və Compound Objects - Loft əmrini daxil edin. Əvvəldə yolu seçdiyimiz üçün indi də dairəni seçməliyik. Bunun üçün GetShape əmrini daxil edin və dairəni seçin. Yuxarıdakı kimi bir görünüş əldə etməlisiniz.



3. Loft elementi seçilikən Modify menyusuna gəlin. Path Parametrs başlığı altında yerləşən Path dəyərini yuxarıdakı kimi artırın, ardından Get Shape düyməsini sıxın və dördküncü seçin. Loft elementinin baş hissəsi dördkünc şəkil almalıdır.



4. Yaratdığınız bu Loft obyektinin görünüşünü dəyişdirmək olduqca asan bir əməliyyatdır. Deformations başlığı altında yerləşən Scale düyməsini basın və buradan qrafik görünüşünü yuxarıdakı kimi dəyişdirin.



5.Dəyişdirdikdən sonra yuxarıdakı kimi model əldə etmiş olacaqsınız.



6.Qələmin üzərini rənglədikdən sonra yuxarıdakı kimi nəticə əldə edə bilərsiniz.