3D Max

Matte/Shadow ilə kölgə hazırlayaq

Matte/Shadow ilə kölgə hazırlayaq



1. Rendering > Environments bölməsinə gedin. Yuxarıdakı kimi pəncərə açılacaqdır. Burdan Mavi ilə işarələnən düyməni sıxın və açılan bölmədən kölgə üçün istifadə edə bilinəcək bir şəkil açın. Bu şəkil yalnız Render sırasında görsəndiyi üçün işləməkdə çətinlik çəkə bilərik. Səhnədə də görünüş üçün Views-Background və ya Alt-B düymələr kombinasiyasını sıxın. Bu bölmədə də yenə həmin şəkli seçib Ok verərək, pəncərəni bağlayın. Səhnəmizin də arxa planı dəyişməlidir.



2. Daha əvvəldən hazırladığımız modelimizi səhnəyə çağırırıq və ardından Background şəklinə uyğunlaşdıraraq, bir Plane yaradın. Şəkildən baxa bilərsiniz. Səhnəyə bir Omni işığı yerləşdiririk və işığın Shadow-unu işarələyirik. Omni işığını modelin üst tərəflərinə qoymalıyıq. Burada modelin və plane-nin yerləşdiyi yerlərə diqqət etməlisiniz. Şəkildəki kimi olmalıdır.



3. Klavişdən M düyməsini basaraq Material Editoru açırıq. Standart düyməsini sıxaraq Map pəncərəsindən Matte/Shadow seçirik. Bu material yalnız kölgəni özündə cəlb etmək üçündür. Rəng və işıq buna heç bir təsir göstərmir.



4. Matte/Shadow parametrlərindən yalnız Opaque Alphanı işarələyərək materialı Plane-ə göndəririk.



5. Render sonunda yuxarıdakı kimi bir səhnə əldə etməlisiniz. 

Şərh: Kölgəni səhnədə görmürsünüzsə, bu zaman ya işığın (omni) yerini dəyişdirin, ya da səhnədəki plane-ni bir az böyüdün.