3D Max

Raket alovu hazırlayaq

Raket alovu hazırlayaq



1. Bu dərsimizdə bir raketin arxasından çıxardığı alovu yaradacağıq. Yuxarıdakı şəklə bənzər bir raket modelini hazırlayın. Və ya hazır bir raket modelini 3D Max içərisinə daxil edin. Dərsimiz alov olduğu üçün raket modelinə o qədər də fikir vermirəm.



2. Create - Helpers - Atmpspherics - Shere Gizmo səhnəyə yerləşdirin. Hansı menyuda yerləşdiyini bildiyinizi hesab edirəm. Gizmo-nu yerləşdirdikdən sonra Modify menyusuna gələrək HemiSphere aktiv edin. Artıq Gizmo yarım şəklində oldu. Sonra şəkildəki kimi, Gizmo-nu raketin arxa tərəfinə Rotation, Move alətlərinin koməkliyi ilə gətirin.



3. Uniform Scale düyməsi ilə Gizmo-nu uzadaraq yandakı şəkli alın.



4. Render - Enviroment qısa yol olaraq "8" düyməsi ilə yuxarıdakı pəncərəni açın. Add düyməsini sıxaraq Fire Effect seçin. Ardından da Pick Gizmo düyməsini sıxaraq, səhnəmizdəki Gizmo-nu seçin. Düymənin harda olduğu şəkildə göstərilib. Basdıqdan sonra sağdakı seçim qutusuna SphereGizmo-nun adının gəldiyini görəcəksiniz.



5. Normalda rənglər sarı, qırmızı olur, ancaq raketin arxasından qazlı alov çıxdığını nəzərə alaraq, yuxarıdakı rəngləri seçdim. Siz istəyinizə görə də seçə bilərsiniz. Rəngləri aldıqdan sonra sol tərəf şəkildə göstərilən mavi bölgələrdəki parametləri də şəkildəkinin eynisilə dəyişdirin. Siz bu rəqəmləri dəyişdirərək nə işə yaradıqlarını görə bilərsiniz. Onlar haqda uzun danışmıram. Alovun qarışıqlığı, sıxlığı, böyüklüyü kimi əməliyyatları həyat keçirdirlər.



6. Etdiyiniz əməliyyatları yalnız render etdikdə görə bilərsiniz. Əgər alovu hərəkətləndirmək istəsəniz AutoKey düyməsini sıxıb animation çubuğunu 100-ə gətirin və Motion başlığı altındakı Phase dəyərini artırın.