3D Max

Sadə bir stəkan hazırlayaq

Sadə bir stəkan hazırlayaq



1. Max resetləyin və Extended Primitivesdən bir Gengon (çoxbucaq) yaradın. Radius 72 Sides 8 Height 12 olaraq daxil edin. Üzərində sağ düyməni sıxaraq Convert To -Editable Poly çevirin. Editable Poly haqda bir neçə dərs saytda mövcuddur. Editable poly ən çox istifadə edilən modelləmə alətlərindən biridir.



2. Modify menyusuna gələrək yuxarıda gördüyünüz kimi üst tərəfdəki Polygonları seçirik və Bavel düyməsini sıxaraq Height 0 Outline Amount-4 dəyərlərini daxil edirik, "Ok" sıxaraq yerinə yetirin.



3. İndi Extrude əmrini sıxın və Extrusion dəyərini 120 verin. "Ok" ilə yerinə yetirin. (Extrude ən çox istifadə edilən bir əməliyyatdır. Müəyyən bir obyektə dərinlik verməkdə istifadə edilir.)



4. Stəkanı qurtardıqdan sonra Material Editoru açırıq (M qısa yolu ilə). Yuxarıdakı dəyərləri yerinə yetirdikdən sonra materialı stəkana göndəririk.
Bu sadə forması olduğu üçün stəkan o qədər də effektiv alınmaya bilər. Ancaq bir çox stəkan rənglənmə yolları mövcuddur. Digər dərslərimizdə nümunələr görə bilərsiniz.



5. Klavişdən F9 düyməsilə Render edin.