3D Max

Spray Partikül sistemi

Spray Partikül sistemi



1. Yeni bir Max açın və Command panelindən Particle Systems - Spray seçərək, səhnəyə bir Spray elementi yerləşdirin.



2. Spray cismi yuxarıdakı kimi, yuxarıya doğru püskürməlidir.



3. Ardından Space Warps menyusundan Path Fallowa sıxın və səhnənin hər hansı bir yerinə Path Fallow yerləşdirin.



4. Line ilə yuxarıdakı kimi bir yol çəkin. Tam buna bənzəməsə də olar.



5. Path Fallow seçilirkən Modify menyusuna gəlin və buradan Pick Shape Object ilə yolunuzu seçin. Travel Time 100 olaraq dəyişdirin. Start Frame 0 qalmalıdır. Yəni bunu etməyimizin səbəbi odur ki, Spray elementi zərrəciklər buraxaraq 1 frames-dən, 100 frames-ə qədər çəkdiyimiz o yolu getməlidir.



6. İndi isə, Spray və Path elementlərini əlaqələndirək. Bunun üçün Bind to Space Warp əmrindən istifadə edəcəyik. Bind to Space Warp sıxdıqdan sonra Spray elementini seçin və əlinizi qaldırmadan Path elementinin üzərinə sürüşdürərək buraxın. Əgər doğru etsəniz, Path elementi ağ rəngi ilə yanıb-sönərək bunu bildirəcək.

7. Səhnəni render edə bilərsiniz. Yuxarıdakı kimi Spray müəyyən olunmuş xətt üzərində hərəkət edəcəkdir.