3D Max

Wire və 2 Sides nə işə yarayır?

Wire və 2 Sides nə işə yarayır?



1. Max resetləyin və ya yenidən başladın. Səhnəyə Extended Primitives obyeklərindən Torus Knot yerləşdirin. Ölçüləri fərq etməz. Klavişdən "M" düyməsini basaraq Material Editoru açın və qeyd etdiyim iki yeri də işarələyin. Ardından bunu səhnədəki modelə göndərin.



2. Render edin, yuxarıdakı kimi bir görünüş almalısınız. Bu iki işarə nə işə baxır, onları öyrənək.
Wire modelin yalnız bütün seqmentlərinin görsənməsini təmin edir.
2 Sides isə, modelin hər 2 üzünün də rənglənməsini təmin edir. Yəni rənglənməni obyektin hər iki yönünə də daxil edir. Şəkilə diqqətlə baxsanız, modelin iç hissəsinin də görsəndiyini görəcəksiniz. Bu isə daha canlı və effektiv görünməni təmin edir.



3. 2 Sides işarəsini götürdüyünüz halda isə, yuxarıdakı kimi iç hissəsi görsənməz.