Access

Bazanın sıxlaşdırılması, surətinin çıxarılması və ondan istifadənin məhdudlaşdırılması

Bazanın sıxlaşdırılması, surətinin çıxarılması və ondan istifadənin məhdudlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur.

Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Cədvəllərlə işlədikdə və bazaya yeni-yeni obyektlər əlavə etdikdə bazanın ölçüsü getdikcə artır. İnformasiyanın bir hissəsi ləğv edildikdə o fayldan tamamilə silinmir. Nəticədə baza sərt diskdə həddindən artıq çox yer tutur. Bazanı sıxmaq üçün Xidmətà Xidməti proqramlarà Verilənlər bazasını sıxlaşdırmaq və bərpa etmək (Toolsà Database UtilitiesàCompact And Repare Database) əmrini seçin. Bazanın əvvəlki və indiki ölçülərini müqayisə edin. Elektrik enerjisinin qəfil kəsilməsi nəticəsində zədələnmiş bazanın bərpası üçün yenə də bu əmrdən istifadə edilir.

Bazada məxfi məlumat saxlandığı halda Access-in imkanlarından istifadə edərək bazadan istifadəni məhdudlaşdırmaq olar.

Bazanı bağlayın.

Alətlər lövhəsinin Açmaq(Open) düyməsini sıxın. Açılan pəncərədə firststeps seçin. Açmaq(Open) açılan siyahısından (OpenExclusive) bəndini seçin. Bazanın bu rejimdə açılması ondan eyni zamanda başqa istifadəçinin lokal şəbəkə vasitəsilə istifadə etməsinə imkan vermir.

Verilənlər bazasının açılmasına şifrə (parol) təyin etmək üçün Xidmətà Mühafizəà Şifrənin təyin edilməsi (Toolsà Securityà SetDatabasePassword) əmrini seçin. Açılmış pəncərənin Şifrə (Parol) (Password) sahəsində şifrəni yazın. İkinci sətirdə parolu təsdiqləyin. OK düyməsini sıxın. Bundan sonra bazanı açmaq üçün şifrəni yazmaq lazım gələcək.

Şifrəni ləğv etmək üçün baza (OpenExclusive) rejimində açılmalıdır. Xidmətà Mühafizəà Şifrənin ləğv edilməsi (Toolsà Securityà UnsetDatabasePassword) əmrini seçin. Əvvəlki şifrəni yazıb OK düyməsini sıxın.