Access

Çap

Çap

Verilənlər bazasının bütün obyektləri eyni üsullarla çap edilir. Hesabatın və formanın çapdan çıxmış nüsxəsinin görkəmi elementlərin konstruktor rejimində yerləşdirilməsindən asılıdır. Cədvəl və sorğularda sətirlərin və sütunların ölçüləri, mətnin şrifti bilavasitə verilənləri daxil etmə rejimində Format(Format) menyusunun köməyi ilə yerinə yetirilir.

Deyilənləri Kadrlar cədvəlinin üzərində göstərmək olar.

Bazanın pəncərəsində Cədvəllər (Tables) düyməsini sıxın. İki dəfə mausun düyməsini sıxmaqla Kadrlar cədvəlini verilənlərin daxil edilməsi və düzəlişi rejimində açın. Mausla sağ sərhəddindən tutub Ünvan sütununun enini böyüdün. Formatà Alt cədvəlà Hamısını açmaq (Formatà Subdatasheetà ExpandAll)əmrini seçin və Qruplar cədvəlinin yazılarını Kadrlar cədvəlinin içində göstərin. KadrlarID sütununu seçmək üçün onun başlığında mausun düyməsini sıxın. Formatà Sütunu gizlətmək (Formatà HideColumns) əmri ilə seçilmiş sütunu gizlədin. Bu sütun çap edilməyəcək.

Çapdan əvvəl baxış verilənləri çap etməzdən qabaq nəzərdən keçirməyə imkan verir.

Faylà Səhifənin parametrləri (Fileà PageSetup) əmrini seçin. Açılan dialoq pəncərəsi səhifənin ölçülərini , istiqamətini və haşiyəsini göstərir.

Haşiyə (Margins) səhifəsində sol kənarın ölçüsünü dəyişib 40 mm edin. Yerinə yetirilən düzəlişlər səhifənin Nümunə hissəsində əks etdirilir. Səhifə (Page) adlı səhifəni açın. Burada vərəqin istiqamətini dəyişdirmək olar. OK düyməsini sıxın.

Faylà Çap(Fileà Print) əmrini seçin. Çap (Print) dialoq pəncərəsi açılır.

Adı(Name) sətrində açılan siyahıdan printeri seçin. Nüsxə (Copies) hissəsində çap ediləcək nüsxələrin miqdarını göstərin. OK düyməsini sıxın.