Adobe Photoshop

Əsas panellər

Əsas panellər

Layer paneli.

Bu şəkildə (Help-dən götrülüb ):Normal: layerin normal görünüşü (başqalarını seçib fərqlərini tutuşdurun).
Opacity: 100% — layerin tam görünüşü, istəsəz 0% — qoya bilərsiniz layer şəffav olacaq (görünməyəcək).Lock (layeri blokirovka eləyir).Layerlər panelinə sonra birdə qayıdacam……

Histori Paneli

Bu palitrada sonuncu əməliyyatlar ardıcıllıqla göstərilir. Göründüyü kimi hansı əməliyyat görülübsə adı paneldə qeyd olunur qayıtmaq istədiyiniz əməliyyatın üzərində sol düyməni basdiqda həmin əməliyyata qayıdır ( bir sözlə sənədin keçmişinə).

Channels Paneli

Rəng sxeminin kanallarını göstərir. Əgər şəkil RGB rəng rejimindədirsə (sxemi), onda 1 nömrəli kanal R (şəklin qırmızı rəngi), 2 nömrəli kanal G (yaşıl rəngi), 3 nömrəli kanal B (göy rəngi). Dörd kanal – kanaldan ibarət olan rənglər. Kanalların hər biri yandırıb\söndürmək olar. CMYK rənk rejiminə müvafiq olaraq 5 kanal olacaq, hərəsi öz rənginə müvafiq olaraq C, M, Y, K yada B 

Color Paneli

Rəng təyin etməyə xidmət edir, eyni zamenda başqa rəng sxemlərində redaktə etməyə imkan verir (RGB, CMYK, HSB). Panelin yuxarı sağ küncündəki menyudan (balaca ox işarəsi) başqa rəng modelini seçmə imkanı var.

Rəng katoloqu.

 
Bu palitrada hazır rənglər var (xırda dörtkünc şəklindədi), hərbirini altivvləşdirmək, dilmək, nüsxələmək və ya yeni bir rənk yarada bilərsiz. Hər hansı birini rəngi seçəndə Foreground (alətlər qutusunda üsdəki rənk) həmin rəng seçilir . Palitranın ranı (Load) menyusu köməkliyi ilə standart rəng yığımını yükləyə bilərsiniz.