Adobe Photoshop

Filterlər

Filterlər

Photoshop-un içində bir çox firmalar tərəfindən müxtəlif "Filter"-lər hazırlanması ilə bərabər biz burada eləcə Photoshopun öz original filtirlərini (Photoshop-Plug-Ins) aydınlaşdırmağa çalışacağıq. Əslində başqa firmaların yaratdığı filterlərlə Photoshop-un original çoxda fərqli əməliyyatlar etmirlər. Ancaq bir neçə filteri üst-üstə tətbiq etdikdə alınan nəticəni yalnız fir filterdə əldə etdikləri üçün bəziləri başqa firmaların filterlərinə üstünlük verirlər. Ama yenədə ən yaxşı effektləri Photoshop-un original filterləri ilə əldə etmək mümkün olduğunu yaddan çıxartmayın. Filterlərdən istifadə etməq üçün baş menyudan Filter-i seçirik. Solda tərəfdə gördüyünüz Photoshop-un original filterləridir. Fikir verdiyiniz kimi bunlar əsas filterlərdir. Hər birinin daxilində bir neçə filterlər var. Filterləri söznən başa salmaq mümkün deyil ən yaxşısı istifadə edərək verdiyi effekti görmək. Ama yenədə bəzilərini sözlə deməyə çalışaq.


Artistic Müxtəlif şəkil çəkmək növləri. 
Dry Brush: Quru rəng effekti verir. 
Film Grain: Bir növ kirlətmə effekti verir. Yazılarda daha yaxşı effekt alınır. 
Neon Glow: Tətbiq olunduğu sahənin rənglərinə körə 2-3 rəng daxil olan effekt verir (rəngi filterin pəncərəsindən seçə bilərsiniz). 
Palette Knife: Rənglərin sayını azaldır kəskin xətt yaradır, şəkildəki rənklərin sayı azalır.
Poster Edges: Şəkli posterizə edərək rəngin sayını azaldır. Kənarlara qara hissələr yaranır. 
Sponge: Buzlu ayna və.s effekti verir.
Underpainting: Demək olar müxtəlif naxış vermək olar (məs. kərpiclə hörküsu və.s). 


Blur: bulanlıklaşdırma 
Blur: Yumuşaltma, bulanlıklatma effetkti verir. Standart dəyəri tətbiq edər. 
Blur More: "Blur" effektinin standart dəyərindən artıq tətbiq edər. 
Gaussian Blur: Photoshop-un ən çox tətbiq olunan filterlərindəndir. Yumuşaltmanı və bulanlığın dəyəri özümüz verə bilərik.
Motion Blur: Hərəkətli bir kameranın cəkdiyi şəkil oxşar.
Radial Blur: Çox xüsusi bir kamera effektidir.