Adobe Photoshop

Gözün rəngini dəyişmək

Gözün rəngini dəyişmək

Ümumiyyətlə Photoshop-da rəng dəyişməyin bir çox üsulu var indi onlarda birindən istifadə edərək  gözün rəngini dəyişməyi göstərək. Bu üsulu təkcə gözdə yox paltarın, saçın və.s tez bir zamanda rəngini dəyişmək üçün istifadə edə bilərsiniz.
Başlayaq !
Xarab eləmək istədiyiniz şəkili açın. Bağışlayın yazanda texniki səhv getdi, gözün rəngini dəyişmək istədiyiniz şəkili açın. Mən öz şəkilim tapa bilmədiyimə görə internetdə şəkil axtarmaq məcburiyyətində qaldım. Niyə qız şəkili seçdiyimi soruşmayın(məlum məsələdi), düzdü mənim gözlərim bundan yaxşıdı yenə də olmayan yerdə buna da şükür.
Dəyişiklik olunası şəkilimizi açaq. Ctrl və O düymələrin eyni zamanda basın yavda menyudan File -->Open (Файл --> Открыть) açılan pəncərədən şəkilimiz tapaq, üstündə iki dəfə mausun sol düyməsini tez-tez vurun açılsın.

Gözün içini seçin, kim necə rahatdı elə seçə bilər, şəkilin görünüşünü böyüdün ki rahat seçə biləsiniz (klaviaturada Ctrl və + düyməsini basın)  mən birinci alətlə Elliptical Marquee Tool (M) (Эллиптический) gözün içini seçirəm (seçəndə bir balaca gözün üst qapağı da seçildi, ona görə klaviaturada Alt düyməni basılı saxlayaraq həmin alətlə artıq seçiləni hissəni ləğv edirəm, şəkildəki kimi yalnız gözün rəngini dəyişmək istədiyimiz hissəni seçmək lazımdı).

Hə indi gələk rəngi dəyişməyə, menyudan Image-->Adjust-->Hue/Saturation (Изображение->Коррекция->Цветовой тон/Насыщенность) seçin ya da klaviaturada Ctrl və U düymələrini eyni zamanda basın. Açılan pəncərədə (şəkildəki kimi) 1. Colorize (Тонирование) qarşısına işarə qoyun, sonra pəncərədəki oxları sağa sola sürüşdürməklə xoşunuza gələn rəng verə bilərsiniz.

Qeyd: Rəng verəndə xanadakı rəqəmləri yadınızda saxlayın, ikinci gözü rəngləyəndə həmin rəqəmlər lazım olacaq əks halda gözlərin rəngi müxtəlif olma ehtimalı yüksəkdi.
Yenə də qızın gözünün təbii rəngi daha yaxşı idi !!!