Adobe Photoshop

Layerlər paneli

Layerlər paneli

 "Layer"-lərin açmaq ücün Baş menyudan 
Window >> Show Layers lazımdı.
(Bağlamaq ücün Window >> Hide Layers seçmək lazımdır). Leyer-lər Photoshop kimi şəkil işləmə proqramlarının ən vacib ünsürlərindəndir. Şəkli hazırlayarkən hər obyektin, yazının, çərçivənin, arxa planın və.s bir birinə qarışmaması üçün ayrı ayrı olmasını təmin edir. Şəklimizin hazırlayanda, şəklə əlavə edəcəyimiz hər təzə hisəni (obyekti) Leyer açaraq əlavə etməliyik. Yani axırda yaratdığımız şəkil üst üstə qoyulmuş Leyerlərin birləşməsidir

<

 Baş menyudan Layer >> New >> Layer ilə təzə bir Layer açaq (Shft+Ctrl+N).Təzə Layer açamaq üçün Layer palitrasının aşağısında yerləşən -düyməsinə basaraq açmaq olar. 
New Layer Pəçərəsini incələsək, 
Name: Təzə layerin adını bildirir. 
Group With Previous Layer: Altdakı layerlə birlikdə hərəkət etməyini istəsək bura quş qoyun (işarə). 
Color: Təzə yaratdığımız layeri başqa Layerlərdən fərqlənməsi üçün tək seçmək olar. 
Mode: Altdakı layerlər ilə işləmə növünü burdakı menyudan seçə bilərsiniz. 
Opacity: Layerin şəffaflığını, altdakı layerin görünməyini təmin etməsi üçün % dəyərləndirmək olar. 100% dəyəri layerin tam görünüş faizi aşağı etdikcə şəffaflıq çoxalır.

 

Altdakı 1.Layer qırmızı, Opacity dəyəri: %100, Üstdəki 2.Layer Yaşıl. Opacity dəyəri: %100

 Altdakı 1.Layer qırmızı, Opacity değeri: %100, Üstdəki 2.Layer Yaşıl. Opacity değeri: %36

 Layer pəncərəsini yaxından tanımaq üçün üstdəki şəkli incələyək: 
1-Göz (Indicates layer visibility): Layeri görünməsini təmin edir, göz üstündə mausun sol düyməsini basdıqda həmin layer görünməyəcək. Ancaq hansı layerdə göz işarəsi var həmin layer görünür. 
2-Fırça (Indicates painting on layer or layer mask): Hansı layerdə seçili olduğunu bildirir. İstifadə etdiyimiz layeri göstərir. 
3-Efekt Tətbiq olunması (Add a layer style): Layerə müxtəlif effektlər verməyi təmin edir. Sol düyməni basdıqda açılan pəncərədən bir efekt seçərsək seçdiyimiz efekti işarələndiyi Layer Style pənçərəsində açar. 
4-Masqalama Aləti (Add a mask): Layerə maska əlavə edər. 
5-Təzə set (nabor) yaratmaq aləti (Create new set): Sonra aydınlaşdırarıq. 
6- Rənklər və tonları dəyisdirmə aləti (Create new fill or adjustment layer): Mövcud rənglərdən çox gözəl dəyişiklik  etməyi təmin edən xüsusiyətləri işlədir. 
7-Yeni Leyer yaratma aləti (Create a new layer): Şəklə təzə bir layer əlavə edər. 
8-Leyri silmək aləti (Delete layer): Layeri silmək 
9-Leyer seçimləri: Buradan təzə layer, layerin nüsxəsi, layeri silmək və xüssusiyətlərini görmək olar. 
10-Opacity: Şəffaflığı %-ilə görsədir. 
11-Mode: Yuxarıda demişəm. 
12-Layerdəki transparent pixelləri bağlar. 
13-Layerin üstündə hər hansı rəngləməyə qoymaz. 
14-Layer sağ-sol, aşağı-yuxarı hərəkərini bağlıyar (qoymaz). 
15-Layerlərin bütün əməliyyatlarının tətbiqini bağlıyır.

 Layerlərin yerini dəyişmək ücün layer üzərində sol düyməni basılı tutaraq aşağı-yuxarı çəkərək yerini dəyişdirmək olar.
Soldakı şəkildə necə eləndiyinə baxa bilərsiniz.