Adobe Photoshop

Yanan yazı

Yanan yazı

Təzə arxa fondu qara bir vərəq açın. Səhifənin tez yüklənməsi üçün nümunədə şəkli balaca götürmüşəm. Siz yazacağınız yazıya görə şəklin ölçüsünü özünüz təyin edin. Vərəqin mərkəzində yazımızı yazaq. Yazının ağ rəngdə olmasına fikir verin.

Leyeri Renden etməyi yaddan çıxartmayın yoxsa effekt alınmaz. Layer >> Type >> Render Layer. Şəkli 90-dərəcə çevirək. Image >> Rotate Canvas >> 90CCW

Filter >> Stylize >> Wind -i seçib olduğu kimi tətbiq edin. Sonra Ctrl+F (axırıncı istifadə olunan filter) basaq ya da yenə həmin filteri seçəq. Alovun hündürlüyünü bunla nizamlamaq olar. Bəs olmasa təkrarlayın.

 Şəkli düzəldək.Image >> Rotate Canvas >> 90CW
Alov olar dalğa olmaz ? bir sözlə dalğasız alov olar? Olmaz…Olmaz….dalğa vermək ücün 
Filter >> Distort >> Ripple seçili olduğu kimisecin OK basın.

Təbii olması üçün biraz şəkli bulanıq eləyək.
Filter >> Blur >> Gaussian Blur seçin dəyərini 1 (bir) verin. Yazının formasıyla oynadıq bəsti keçək alov rəngini verməyə.

Deməli şəkilin rəng sxemini dəyişək.
Image >> Mode >> Greyscale –i seçin. Sonar Flatteni düyməsini basın. Image >> Mode >> Indexed Color- u seçin. Şəkil bu rənk rejimindəykən eləçə 256 ədəd rənq ilə çəkilə bilir, bu rənqləri Image >> Mode >> Color Table ilə seçə bilərik. Burada Greyscale tonunda olduğunu görürük. Onu Black body olaraq dəyişdirsək şəkil eləcə qırmızı tonlarda olacaq. Bu da şəkil atəş rəngini verəcəkdi. Black body- i seçdikdən sonra şəkil hazırdı. Alov effekti vermek bu qədər asanddır, yaxşı yadıma düşdü yaratdığınız alov şəkili Gif kimi yaddaşa verin ki keyfiyyəti itməsin.