Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Gotika

Gotika

1. Əvvəlcə, belə bir şəkil götürürük.



2. Əvvəl gözləri seçin və yeni bir lay üzərinə kopyalayın. Sonra Image-Adgustments-Hue/Saturation köməkliyi ilə rəng bolluğunu -76 kimi azaldın. Daha sonra, Dodge ilə gözlərin ağ hissəsini ağardın. Düzdür, şəkil real alınmır. Amma bizim işimiz də elə qeyri-real şəkil düzəltməkdir.
 



3. İndi fonda yeni bir göy üzü əlavə edirik. Burda da rənglərin bolluğunu tamamilə ləğv edirik. Layların qarışma rejimini isə Overlay-a dəyişirik.
 



4. Yeni lay yaradın. Burada dırnaqları tünd rəngdə eləyin. Qarışma rejimini isə Overlay edin. Sonra 3 dəfə bu layı kopyalayın (Ctrl+J) ki, rəng daha tünd alınsın.
 



5. İndi isə, həmin əməliyyatı gözlər ilə edin. Onları qara rənglə rəngləyin. Qarışma rejimi yenə də Overlay olsun.
 



6. Saçlara da bir az rəng verək. Bunun üçün yeni lay yaradırıq. Burada saçların nisbətən açıq yerlərini fırça ilə tünd qırmızı rənglə boyayın. Qarışma rejimi Color Dodge, Şəffaflıq isə 41% olsun.
 



7. Xüsusi fırçalarla üzdə və sol tərəfdə saçlar çəkirik.
 



8. Şəkli daha gözə çarpan eləmək üçün Burn Tool köməkliyi ilə üz və əl üzərində işləyirik.
 



9. Demək olar ki, hazırdır. Bir neçə ştrixlər də əlavə edək. Məsələn, üzük çox mənasız görünür. Üzüyü seçin və yeni lay üzərinə kopyalayın. Yeni layın qarışma rejimini Linear Burn qoyun. Həmin layı bir daha kopyalıyırıq (Ctrl+J) və qarışma rejimini Overlay təyin edirik. Sonda bir neçə quş da əlavə edək.
 



Şəkillərin daha maraqlı və qeyri-adi alınması üçün sadəcə öz fantaziyanızı işə salın. Uğurlar!


Bizi dəstəkləyənlər