Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Montaj

Montaj

1. Əvvəlcə müəyyən bir fon seçmək lazımdır. Mən təbiəti seçdim.



2. Sonra müəyyən bir bədən seçirik ki, bu fon üzərində yerləşdirək. Mən bir qız şəkli seçdim. Qızı bu fona yerləşdirmək üçün əvvəlcə onu seçib kəsmək lazımdır. Bunun üçün çoxlu alətlər mövcuddur (Polygonal Lasso Tool, Magnetic Lasso Tool, Magic Wand Tool, Quick Mask... və s.). Biz Quick Mask (Q) istifadə edəcəyik. Bunun üçün (Q) düyməsini basırıq və Brush Tool-dan istifadə edərək qızı seçirik.
 



3. Yadda saxlayın ki, artıq seçim etmək, etməməkdən yaxşıdır. Belə ki, biz həmişə artıq hissəni poza bilərik. Seçdikdən sonra bele bir şey alınmalıdır.
 



4. İndi Q düyməsini yenidən tıklayırıq. Qırmızı rəng itdi və seçmə sərhədi görsəndi. İndi Ctrl+Shift+I tıklayırıq ki, qiz seçilsin. Daha sonra, kopyalayırıq (Ctrl+C) və fon üzərinə yerləşdiririk (Ctrl+V). İndi qız meşə fonuna yerləşdirildi. Ctrl+T basaraq, qızı istədiyiniz yerə qoyub Enter düyməsini tıklayın.
 



5. Şəkli yaxınlaşdırdıqda qızın üzərində köhnə şəklin hissələrini görəcəksiniz. Bunu ləğv etmək üçün Background-un yanındakı göz işarəsini yığışdırın. Daha sonra isə, qızın üzərindəki artıq hissələri pozun.
 



6. Hətta şəkildə artıq hissələri pozduqdan sonra da o, pis görsənəcək.
 



7. İşi təmiz görmək üçün bizə Blur lazım olacaq. Belə ki, meşə olan layı yenidən görünən eləyin (gözün üzərinə tıklayaraq). Blur köməkliyi ilə biz qıraqlarda olan əyrilikləri yayacağıq və onlar görsənməyəcək. Bundan başqa, bu, şəklə daha çox reallıq gətirəcək.
 

<



Bununla dərs bitdi.


Bizi dəstəkləyənlər