Assembler proqramlaşdırma dili

Assembler əmrlərinin funksional təsnifatı

Assembler əmrlərinin funksional təsnifatı

Mikroprosessorun əmrlər sistemində 130-dan çox Assembler əmrləri mövcuddur. Hər bir yeni yaradılan mikroprosessorun modellərində bu əmrlərin sayı, onların arxitekturasına uyğun olaraq artır. Maşın əmrlər yığımını arxitektur cəhətdən qruplara və altqruplara bölmək olar. Əvvəlcə ayrı-ayrı əmrlərin işini öyrənib mikroprosessorun bütün əmrlər sistemi haqqında ümumi təsəvvür yaratmaq çox faydalı ola bilər. Maşın əmrləri və onların funksional qruplarının sxemini şəkil 7-dəki kimi təsnifatlaşdırmaq olar.

Sxemdən göründüyü kimi Assembler, əmrlərin yerinə yetirdiyi funksiyalara görə, aşağıdakı əsas əmrlər qruplarına bölünür:

- Verilənlərin göndərilməsi əmrləri;

- Hesab əmrləri;

- Məntiq əmrləri;

- İdarənin ötürülməsi əmrləri;

- Sətrlərin emalı əmrləri;

-MP vəziyyətini idarə edən əmrlər.