Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Bazaya görə sürüşmə ilə ünvanlaşdırma

Bazaya görə sürüşmə ilə ünvanlaşdırma

Bu cür ünvanlaşdırma dolayı registrli ünvanlaşdırmanın ta­mamlanması olub, baza ünvanına nəzərən məlum sü­rüş­məyə görə verilənlərə müraciətin təşkilində istifadə olunur.

Bazaya görə sürüşmə ilə ünvanlaşdırmada operandın ef­fektiv ünvanı, baza registrinin (BX) məzmunu və ya baza gös­tərici registrinin (BP) məzmunu ilə nisbi ünvanın cəmindən alınır.

Vasitəli (dolayı) registrli ünvanlaşdırmada olduğu kimi bazaya görə sürüşmə ilə ünvanlaşdırma rejimində də İntel 80386 prosessorundan başlayaraq bütün modellərdə EAX, EBX/BX, ECX, EDX, EBP/BP, ESİ/Sİ, EDİ/Dİ və ESP registrlərindən istifadə olunur. Məsələn:

MOV AX, [BX]+4

Bu əmr AX registrinə DS registri ilə təyin olunmuş seqmentdəki bazaya görə 4 vahid sürüşmüş ([BX]+4 ünvanında yerləşən) iki baytlıq informasiyanı yükləyir.

Əmrin icra sxemi aşağıdakı kimidir:

Belə ünvanlaşmadan verilənlər strukturunun başlanğıc ünvanı registrdə olduqda, ona hər hansı elementə görə müraciət olduğu halda istifadə olunur. Məsələn:

MOV AX, [EDX+3h]

Bu əmr ünvanı EDX+3h olan yaddaş sahəsindən söz uzunluqlu veriləni AX registrinə yükləyir.

Assembler operandın bazaya görə ünvanlaşdırılmasının üç müxtəlif üsulundan istifadə edilməsinə imkan verir. Yəni, aşağıdakı əmrlər ekvivalentdir:

MOV AX, [BP]+4

MOV AX, 4[BP]

MOV AX, [BP]4

Bazaya görə sürüşmə ilə ünvanlaşdırma rejiminin köməyi ilə birölçülü baytlar massivinə müraciəti təşkil et­mək olar. Onda sürüşmənin qiyməti massivin başlanğıcına nəzərən hesablanır. Massivin elementləri söz və ya ikiqat söz uzunluğunda olarsa, onda baza registrinin məzmununu uyğun olaraq ikiyə və ya dördə vurmaq lazımdır.


Bizi dəstəkləyənlər