Assembler proqramlaşdırma dili

Çap qurğularına çıxışın təşkili

Çap qurğularına çıxışın təşkili

21h kəsilməsinin 5h funksiyası DL registrində olan simvolu printerə göndərir. Yəni, printerə çıxarılacaq simvol mütləq DL registrində olmalıdır.

Məsələn:

MOV  DL, 'A'
MOV  AH, 5h 
İNT  21h      
...   

Bu fraqmentin icrasından sonra 'A' işarəsi printerə göndəriləcəkdir. Göründüyü kimi 5h funksiyasından yalnız bir simvolu printerə göndərir. Simvollar sətrini printerə göndərmək üçün isə dövr qurmaq lazım gəlir. Lakin simvollar sətrinin göndərilməsi üçün 21h kəsilməsinin 40h funksiyasından da istifadə etmək olar. 40h funksiyası simvollar sətrini standart çıxış qurğusuna göndərir. Bu funksiyada printer üçün xüsusi fayl nömrəsindən istifadə olunur. Printer üçün bu nömrə 4-ə bərabərdir və bu qiymət BX registrinə yüklənir. Simvollar sətrinin başlanğıc ünvanı DX registrinə, göndəriləcək simvolların sayı isə CX registrinə yüklənir. Məsələn:

…
MESAG  DB  'Assembleri öyrənmək lazımdır.'
…
MOV  CX,  29
MOV  BX,  4
MOV  AH,  040h 
LEA    DX, MESAG
INT     21h
…