Assembler proqramlaşdırma dili

Direktivlər

Direktivlər

Bildiyimiz kimi direktivlər Assembler translyatorunun işini idarə edən vasitələrdən biridirlər. Onların köməyi ilə seqmentlər və prosedurlar təyin olunur, əmir və verilənlərə ad verilir, ehtiyyat yaddaş sahəsi ayrılır və s.

Direktivin yazılışı assembler əmrinin yazılışına uyğundur:

[ad] direktiv [operand] [,operand] ... [;şərh]

Ad–identifikator olub, bu direktivi başqa eyni adlı direktivdən fərqləndirir. Nöqtələr göstərilən elementlərin bir neçə dəfə təkrarlana bilməsini göstərir.

İdentifikatorları, verilənlərı, seqmentləri təyin edən və translyasiyanı idarə edən direktivlər əsas direktivlər sayılır.