Assembler proqramlaşdırma dili

Direktoriyalar ilə işin təşkili

Direktoriyalar ilə işin təşkili

Assemblerdə 21h kəsilməsinin müxtəlif funksiyaları vasitəsi ilə direktoriyalar üzərində müxtəlif əməliyyatlar aparmaq olar. Məsələn, yeni direktoriya yaratmaq, passivi aktivləşdirmək və lazım olmayanlarını silmək və s.

Yeni direktoriya yaratmaq üçün 21h kəsilməsinin 39h funksiyasından istifadə edilir. Bu funksiyadan istifadəyə qədər DX registrinə yaradılacaq direktoriyanın ASCİİZ sətrinin ünvanı (yolun) yazılmalıdır. AH registrinə isə 39h yazılmalıdır. Məsələn:

Path     DB         'C:\ASM\UTİL', 0 
		  ...
         MOV AH, 39h
         LEA DX, Path 
         İNT 21h

Passiv direktoriyanı aktivləşdirmək üçün 21h kəsilməsinin 3Bh funksiyasından istifadə edilir. Bu funksiyadan istifadəyə qədər DX registrinə aktivləşdiriləcək direktoriyanın ASCİİZ sətrinin ünvanı (yolun) və AH registrinə isə 3Bh yazılmalıdır. Məsələn:

Path1     DB         'C:\ASM\UTİL1', 0 
		  ...
          MOV AH, 3Bh
          LEA DX, Path1 
          İNT 21h

Belə əmrlərin icrasından sonra C diskinin ASM direktoriyasınnın UTİL1 adlı alt dirketoriyası aktivləşəcəkdir.

Lazımsız direktoriyanı silmək üçün 21h kəsilməsinin 3Ah funksiyasından istifadə edilir. Bu funksiyadan istifadəyə qədər DX registrinə ləğv ediləcək direktoriyanın ASCİİZ sətrinin ünvanı (yolun) və AH registrinə isə 3Ah yazılmalıdır. Məsələn:

Path3     DB         'C:\ASM\UTİL3', 0 
		  ...
          MOV AH, 3Ah
          LEA DX, Path3 
          İNT 21h

Belə əmrlərin icrasından sonra C diskinin ASM direktoriyasındakı UTİL3 adlı alt dirketoriya silinəcəkdir.