Assembler proqramlaşdırma dili

DOS kəsilmələri

DOS kəsilmələri

Bütün DOS kəsilmələrindən ən çox istifadə olunanı 21H kəsilməsidir. Bu kəsilmənin funksiyaları aşağıdakı əməliy-yatları yerinə yetirir:

- klaviaturdan daxil etməni;

- ekrana çıxarmanı;

- çapa çıxarmanı;

- faylların emal edilməsini;

- müxtəlif proqramlarla işləyərkən yaddaşın ayrılması və s.

Bu kəsilməninin bütün funksiyaları yerinə yetirilərkən AH registrinə kəsilmə funksiyasının nömrəsi, verilmiş funksiya üçün isə giriş registrlərinə (əgər o movcudursa) lazımi qiymətlər yüklənir.