Assembler proqramlaşdırma dili

Əməliyyatlar

Əməliyyatlar

Assembler əmrlərinin operandları bilavasitə ədəd, registr və ya yaddaş sahəsinin məzmunundan və həmçinin ifadələrdən təşkil oluna bilər. İfadə operand və əməliyyatların kombinasiyası kimi təsvir oluna bilər. İfadənin hesablanmasının nəticəsi, hər hansı yaddaş xanasının ünvanı və ya sabit (mütləq) qiymət ola bilər.

İfadənin hesablanmasında əməliyyatlar prioritetə uyğun icra olunur. Bu ardıcıllığı mötərizələrin vasitəsi ilə dəyişdirmək olar. Eyni prioritetli əməliyyatlar soldan sağa ardıcıl yerinə yetirilir.

Əməliyyatların prioritet cədvəli aşağıda göstərilmişdir:

Əməliyyatlar yalnız translyasiya zamanı icra olunurlar. Əsasən beş cür əməliyyat var:

1) hesabi;

2) məntiqi;

3) münasibət;

4) qiymətləri qaytaran;

5) mənsubetmə əməliyyatları.

Əməliyyatların qısa xarakteristikasını verək.